Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına
görə, emalatxanada saxta yarımfabrikat hazırlayan şəxs məsuliyyətə
cəlb edilib.
O cümlədən, qurumun məlumatına görə, istintaq təqsirləndirilən
şəxslərin rayonların birində sistemli şəkildə saxta yarımfabrikat
ət məhsulları istehsal edib satmasını, məhsulda soya əlavələrindən
istifadə etdiyini müəyyən edib.
Qurumdan verilən məlumata görə, məhkəmənin hökmü əsasında aparılan
istintaq-əməliyyat tədbirləri nəticəsində saxta məhsullar satış
şəbəkəsindən və
emalatxanadan tamamilə çıxarılıb.
Qeyd olunan cinayət, Gürcüstan Cinayət Məcəlləsinin 197-ci
maddəsinə əsasən 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.