Həyat yoldaşına qarşı zorakılıqda təqsirləndirilən Daxili İşlər
Nazirliyinin əməkdaşı zaminə buraxılıb. Hakim Nikoloz Marqvelaşvili
onu 5000 lari girov qarşılığında zaminə buraxıb.
Prokurorluq təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri
seçilməsini istəyib.
Xüsusi İstintaq Xidməti Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat
İdarəsinin əməkdaşı A.B.-nin azyaşlının yanında məişət zorakılığı
və hədə-qorxu faktlarına görə saxlanılması barədə məlumat
yaymışdı.
Xüsusi İstintaq Xidmətinin
yaydığı məlumata görə, müəyyən edilib
ki, təqsirləndirilən şəxs 2023 və 2024-cü illərdə azyaşlı
övladlarının iştirakı ilə həyat yoldaşına fiziki təzyiq göstərib,
onu öldürməklə, əmlakını məhv etməklə hədələyib.