VİDEO - Qomboridə yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər dünyasını dəyişib
Qombori-Tbilisi yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı bir nəfər gənc dünyasını dəyişib. Hadisə Şuamta meşəsi ərazisində baş verib. Qarşı istiqamətdə hərəkət edən yük maşını “KİA” markalı maşınla toqquşub və nəticədə minik maşınının sürücüsü dünyasını dəyişib.

Hadisə yerinə xilasedicilər və polis səfərbər olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Cinayət Məcəlləsinin 276-cı maddəsinin 5-ci hissəsi ilə istintaq başlayıb. Həmin maddə nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının insan ölümü ilə nəticələnən pozulmasını nəzərdə tutur.


Print ელ. ფოსტა
FaceBook Twitter Google