Böyük miqdarda məhsulun aparılması ilə bağlı qayda pozuntusu və rüşvət vermək faktı ilə bağlı üç nəfər saxlanılıb (VİDEO)
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən aparılan operativ əməliyyat və istintaq nəticəsində Gürcüstanın gömrük sərhəddindən böyük miqdarda məhsulun aparılması ilə bağlı qaydanın pozulması və rüşvət vermək faktı ilə bağlı üç nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, cinayətdə müzakirə olunan şəxslərin təşkilatçılığı ilə şirkətlərdən birinin adı ilə İrandan yük maşını ilə Gürcüstana 36 394 larilik gömrük dəyərində mühərrik yağı daxil edilib. Gömrük vergisindən və müvafiq vergilərdən qaçmaq məqsədi ilə müttəhimlər tərəfindən bəyannaməyə saxta göstəricilər daxil edilib və onlara əsasən yağ aparmaq Ermənistan respublikasına həyata keçirilməli idi.

Qeyd olunan cinayətdə bilərəkdən reeksport rejimində aparılan məhsul sonra istifadə üçün gömrük terminalından çıxarılıb və gizlin başqa yük maşınına yüklənib, reeksportla məhsul aparacaq maşın isə “Sadaxlı-Avtomobil” gömrük məntəqəsinin nəzarət zonasında aşkarlanıb, ancaq yük maşınında realda yük yerləşdirilməmişdi.

İstintaqla eləcə də müəyyən edilib ki, yuxarıda qeyd olunan qanuna zidd hərəkətdə xidmət yardımı məqsədi ilə müttəhim Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşına müraciət edib və bu halda müvafiq nəzarətdən kənar hər bir avtomobili keçirdiyi halda rüşvət olaraq 500 ABŞ dolları təklif edib.

İşlə bağlı istintaq Gürcüstan CM-nin 214-cü və 339-cü maddələrinin 2-ci hissəsi ilə aparılır. Maddə cəza olaraq 5-dən 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Mənbə: is.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google