Marneulidə yardım alan ailələrin sayı ötən 10 illə müqayisədə
rekord göstəriciyə çatıb.
Gürcüstan Milli Statistika Xidmətinin 2023-cü ili əhatə edən
göstəricilərinə görə, Marneulidə 3745 ailə yardım alır.
Qeyd edək ki, yardım alan ailələrin sayı son 10 il ərzində hər il
artır.
- 2012-ci il – 1 289 ailə
- 2013-cü il – 1 133 ailə
- 2014-cü il – 1205 ailə
- 2015-ci il – 1 195 ailə
- 2016-cı il – 1 908 ailə
- 2017-ci il – 2 117 ailə
- 2018-ci il – 2 199 ailə
- 2019-cu il – 2 276 ailə
- 2020-ci il – 2 900 ailə
- 2021-ci il – 3 495 ailə
- 2022-ci il – 3 690 ailə
2022-ci illə müqayisədə ötən il həmçinin, sosial paket alanların
sayı da artıb. 2022-ci ildə 3320 nəfər sosial paket alırdısa,
2023-cü ildə isə bu göstərici 3452 nəfərə çatıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.