Gürcüstana külli miqdarda narkotik vasitələrin gətirilməsi cəhdinin qarşısı alınıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Gürcüstana külli miqdarda narkotik vasitələrin qanunsuz gətirilməsi faktının qarşısını alıblar.

Polis külli miqdarda narkotik vasitə və psixotrop maddələrin Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə Almaniya və İranın ikili vətəndaşı, 1991-ci il təvəllüdlü B.N.-ni və Türkiyə Respublikasının vətəndaşı,

1996-cı il təvəllüdlü A.D.-ni saxlayıb.

Hüquq-mühafizə orqanları B.N.-ni “Sarpi” gömrük-keçid məntəqəsinin ərazisində, A.D.-ni isə “Batumi limanı” gömrük-keçid məntəqəsinin ərazisində saxlayıblar. Polis şübhəlilərin şəxsi axtarışı və avtomobilə aparılan detallı baxış zamanı xüsusilə böyük miqdarda narkotik vasitə və psixotrop maddəni maddi sübut kimi götürüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 261-ci, 262-ci və 263-cü maddələri üzrə aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google