Müəllimin zorakılıq ittihamı ilə işdən azad olunmasını ailə üzvləri siyasətlə əlaqələndirirlər


Marneuli bələdiyyəsinin Baydar kənd məktəbinin idman müəllimi şagirdi vurduğuma görə məktəbdən uzaqlaşdırılır. Hadisə 15 noyabr tarixində baş verib, lakin idman müəllimi Binnət Muxayevin dediyinə görə, onun işdən azad olunması haqqında məlumat bir həftə sonra ortaya çıxıb.

Şagirdin valideyninin Marneuli radiosuna bildirdiyinə görə, hadisə təsadüfən olub və o istəmir ki, başqalarının məsələsində adı hallansın.

“Məsələni Nizam İntizam Komitəsi araşdıracaq” - Baydar ictimai məktəbinin direktoru Xəyalə Şərəyeva deyir. O, deyir ki, hadisəni öz gözləri ilə görür. Onun dediyinə görə, ərizə hələ yazılmayıb. Hadisə 15 noyabr, cümə axşamı günü baş verib, 16 noyabr tarixində isə direktor nizam intizam komitəsinə müraciət edib. Bir həftəlik müzakirələrdən sonra qərar qəbul edilib. Məktəb direktoru deyir ki, şagirdin valideynləri də, şagirdin özü də zorakılıq faktını təsdiqləyiblər.

Xəyalə Şərəyeva siyasi konteksti təkzib edir və deyir ki, siyasi işlərə qarışmır. İdman müəlliminin oğlu Elçin Muxayev isə başqa cür düşünür. O, Milli Hərəkat Partiyasının üzvüdür. O, deyir ki, anası da həmin məktəbdə müəllim kimi çalışır və məktəbin ona xəbərdarlıq edib ki, müəllimlərin səsvermə prosesini müşahidə edəcəklər. O, həmçinin Marneuli majoritar deputatı Ruslan Hacıyevin məktəb direktoruna idman müəllimi Binnət Muxayevi necə təyin etmisən, elə də işdən çıxar deyib. Buna səbəb kimi isə Elçin Muxayevin Ruslan Hacıyevin “Facebook” şərhinə yazdığı sualı göstərib.

“Marneuli” radiosunun məktəb direktoruna zəng edib-etməməsi ilə bağlı sualına Ruslan Hacıyev gülüb və deyib ki, bu məsələyə qarışmır və bu məktəbin müəllimi ilə görüşmək bir yana, onu heç tanımır da.

Müəllim işdən azad ediləcək, ya yox. Bu barədə direktor hələ rəsmi əmr yazmayıb. Nizam-İntizam komitəsi isə vəziyyətin qiymətləndirilməsi işlərini başa çatdırıb.

"Marneuli" Radiosu

 


Print