İstanbul da iki nəfər Gürcüstan vətəndaşı qarət ittihamı ilə saxlanılıb
Türkiyədə, İstanbul şəhərində iki nəfər Gürcüstan vətəndaşı qarət ittihamı ilə saxlanılıb.
“Hürriyyet Daily News” qəzətinin yazdığı xəbərə görə, cinayətkar qrup dörd nəfər Gürcüstan vətəndaşından ibarət olub.

Yerli mətbuatda yayılan xəbərlərə görə, cinayətkar qrupun iki nəfər üzvü saxlanılıb digər iki üzvü isə axtarışdadır.

Əldə olunan məlumatlara görə, 16 noyabrda cinayətkar qrup üzvləri iş adamını qarət edərək ondan 111 min türk lirəsi alıblar və iş adamını yaralayıblar.

Daha sonra cinayətkar qrupun üzvləri zinət əşyaları mağazasına hücum ediblər, lakin polisin atəş açması nəticəsində qaçaraq ordan uzaqlaşıblar.

Polis cinayətkar dəstənin iki nəfər üzvünü saxlayıb. Digər iki nəfər isə axtarışdadır.
Mənbə: İnterPressNews

Print