“Qaztransqaz” Tbilisidə 7 nəfərin ölümü ilə nəticələnmiş hadisə ilə bağlı bəyanat yayır
“Qaztransqaz Tbilisi” şirkəti Əzabkeş Ketevan (Ketevan Tsamebuli) prospekti 67 ünvanında 7 nəfərin ölümü ilə nəticələnmiş hadisə ilə bağlı bəyanat yayır. Bəyanatda qeyd olunur ki, faciəyə açıq kamera tipli su qızdırıcısının kustar üsulla quraşdırılması nəticəsində mənzilə dəm qazının yığılması səbəb olub.



“İlkin baxış nəticəsində aydın olur ki, 7 nəfərin ölümünə açıq kamera tipli su qızdırıcısının kustar üsulla quraşdırılması nəticəsində mənzilə dəm qazının yığılması səbəb olub. “Qaztransqaz Tbilisi” şirkətinin nümayəndələri qeyd olunan binada olublar və su qızdırıcısının istismar qaydalarının pozulmasına görə qızdırıcını qaz borusunda ayırıblar və qazın verilməsini dayandırıblar, daha sonra isə ev sahibi su qızdırıcısını özbaşına qaz şəbəkəsinə qoşub”, – bəyanatda qeyd olunub.

"Marneuli" Radiosu

Print