İstintaq xidməti xüsusən böyük miqdarda metal əşyaların qaçaqmalçılığı ilə bağlı üç fakt aşkarlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının Gəlirlər Xidməti Gömrük Departamentinin nümayəndələri ilə birgə apardıqları əməliyyat nəticəsində Gürcüstanın sərhədində xüsusən böyük miqdarda məhsulun daşınması ilə bağlı qaydanın pozulması ilə bağlı üç fakt aşkar edib.

İstintaq nəticəsində müəyyən olub ki, cinayətdə adları hallanan şəxslər “Sarp” gömrük buraxılış məntəqəsindən keçməklə Gürcüstana gizli yolla bəyan edilməmiş, xüsusən böyük miqdarda qiymətli metallar - qızıl və gümüş əşyaları gətirməyə cəhd ediblər.

İstintaq xidmətinin fəaliyyəti nəticəsində 22 kq-dan artıq gümüş və 2.5 kq qızıl əşyaları aşkarlanıb və onların ümumi dəyəri 240 000 laridən artıqdır.

Mənbə: is.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google