Aksizli məhsulun aksiz markasından kənar saxlanılması-daşınması ilə bağlı altı fakt aşkarlanıb
11:29 / 08.04.2019
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq
Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin nümayəndələri ilə birgə
aparılan tədbirlər nəticəsində markerləşdirməyə tabe olan xüsusi
böyükmiqdarda aksiz məhsulunun aksiz markasından
kənar saxlanılması-daşınması faktını aşkar ediblər.
İstintaq nəticəsində Tbilisi şəhərində və Kvemo Kartli regionunda
cinayətdə müzakirə olunan şəxslərdən elektrik siqareti İQOS-a aid
olan “HEETS” şirkətinin 6732 qutu aksizsiz tütün istehsalı
aşkarlanıb.
Aşkarlanan aksizsiz məhsulun ümumi bazar dəyəri 37 000 laridən
artıqdır.
İstintaq Gürcüstan CM-nin 200-cü maddəsinin birinci, ikinci və
üçüncü hissələri ilə aparılır. Maddə cəza olaraq 6-dan 8 ilə qədər
azadlıqdan məhrum edilməni nəzərdə tutur.