Kür çayı sahilə gənc kişi cəsədi çıxarıb
Xilasedicilərin bir neçə gündür ki, Kür çayında axtardıqları gənc kişinin cəsədi gecə saatlarında tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Interpressnews”a verilən məlumata görə, gənc kişinin cəsədi gecə saatlarında meyitxanaya aparılıb. Onların bildirdiyinə görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 115-ci maddəsi ilə istintaq aparılır.

Xatırladırıq ki, bir neçə gün öncə bir nəfər 112 xidmətinə zəng vuraraq gənc kişinin özünü Metexi körpüsündən Kür çayına atdığı barədə məlumat verib. Xilasedicilər həmin gündən cəsədi axtarmağa davam edirdilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google