Böyük miqdarda məhsulun aparılması ilə bağlı qayda pozuntusu və rüşvət vermək faktı ilə bağlı üç nəfər saxlanılıb (VİDEO)
09:21 / 18.04.2019
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq
Xidmətinin əməkdaşları tərəfindən aparılan operativ əməliyyat və
istintaq nəticəsində Gürcüstanıngömrük sərhəddindən böyük miqdarda məhsulun
aparılması ilə bağlı qaydanın pozulması və rüşvət vermək faktı ilə
bağlı üç nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, cinayətdə müzakirə olunan şəxslərin
təşkilatçılığı ilə şirkətlərdən birinin adı ilə İrandan yük maşını
ilə Gürcüstana 36 394 larilik gömrük dəyərində mühərrik yağı daxil
edilib. Gömrük vergisindən və müvafiq vergilərdən qaçmaq məqsədi
ilə müttəhimlər tərəfindən bəyannaməyə saxta göstəricilər daxil
edilib və onlara əsasən yağ aparmaq Ermənistan respublikasına
həyata keçirilməli idi.
Qeyd olunan cinayətdə bilərəkdən reeksport rejimində aparılan
məhsul sonra istifadə üçün gömrük terminalından çıxarılıb və gizlin
başqa yük maşınına yüklənib, reeksportla məhsul aparacaq maşın isə
“Sadaxlı-Avtomobil” gömrük məntəqəsinin nəzarət zonasında
aşkarlanıb, ancaq yük maşınında realda yük yerləşdirilməmişdi.
İstintaqla eləcə də müəyyən edilib ki, yuxarıda qeyd olunan qanuna
zidd hərəkətdə xidmət yardımı məqsədi ilə müttəhim Gəlirlər
Xidmətinin Gömrük Departamentinin əməkdaşına müraciət edib və bu
halda müvafiq nəzarətdən kənar hər bir avtomobili keçirdiyi halda
rüşvət olaraq 500 ABŞ dolları təklif edib.
İşlə bağlı istintaq Gürcüstan CM-nin 214-cü və 339-cü maddələrinin
2-ci hissəsi ilə aparılır. Maddə cəza olaraq 5-dən 7 ilə qədər
azadlıqdan məhrum etməni nəzərdə tutur.