Banqladeşdə direktoru seksual sıxışdırmaya görə şikayət edən qızı yandırıblar
17:57 / 18.04.2019
Banqladeşdə 19 yaşlı Nasra Cahan Rəfi məktəb
direktorunu seksual sıxışdırmaya görə şikayət edib və onu təhsil
müəssisəsinin damında diri-diri yandırıblar.
Bu
haqda məlumatı BBC yayımlayır.
Teleşirkətin məlumatına görə, martın 27-də Nasra bildirib ki,
məktəb direktoru onu ofisə çağırıb və seksual olaraq sıxışdırıb, o
isə qaça bilib. 19 yaşlı qız ailə üzvləri ilə birgə polisə şikayət
edib və müdafiə tələb edib. Onu sorğulayan polis ofisseri öz mobi
telefonu ilə video çəkib. Sonradan həmin video yerli mediyada
yayımlanıb.
Yayılan videoda görsənir ki, qız qorxub və əlləri ilə üzünü
gizlətməyə çalışır. Polis ofisseri isə deyir ki, “böyük iş deyil”
və əlini üzündən çəkməyi xahiş edir. 27 martda qızın bəyanatından
sonra məktəb direktorunu tutblar.
Aprelin 6-da Nasra final imtahanlarını vermək üçün məktəbə gedib.
Ondan məktəbin həyətində iki şagird xahiş edib ki, dostunun köməyi
ilə dama çıxsın. Damda onu beş adam qarşılayıb. Ondan şikayətini
geri götürməyi təlb ediblər. Etiraz etdiyi halda isə onu
yandırıblar.
Nasra xəstəxanaya yerləşdirilib. Onun bədəninin 80 faizi yanıbmış
və nəticədə 10 areldə o, vəfat edib. Əhali müttəhimlərin
cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirib. Polis bu
işlə bağlı 15 nəfəri saxlayıb, onlardan ikisi Nasranın məktəbinin
şagirdləridir. Polis isə onu ifadə verən zaman çəkib və onu başqa
şöbəyə keçiriblər.