“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri olan sahibkar İlon Mask
“Hurun” biznes nəşrinin (“Forbes”un Çin versiyası – red.)
versiyasına görə, dünyanın ən varlı adamlarının reytinqinə başçılıq
edib.
TASS xəbər verir ki, bu barədə nəşrin saytında dərc olunan
hesabatda deyilir.
Araşdırmada onun sərvətinin il ərzində 151 milyard ABŞ dolları
artaraq 197 milyard ABŞ dollarına çatdığı göstərilir. Sahibkar əsas
gəlirini səhmlərinin 21%-nə sahib olduğu “Tesla”dan əldə edib.
Qlobal reytinqdə ilk üçlükdə həmçinin “Amazon”un qurucusu və
rəhbəri Ceff Bezos və “Louis Vuitton Moet Hennessy” şirkətlər
qrupunun prezidenti Bernar Arno da yer alıb. Onların sərvəti
müvafiq olaraq 189 və 114 milyard ABŞ dolları həcmində
qiymətləndirilib.
“Hurun”un reytinqində ilk dəfə “TOP-10”a çinli milyarder də daxil
olub. “Nongfu” brendi ilə içməli su istehsal edən 67 yaşlı Çjun
Şanşan 85 milyard ABŞ dolları sərvəti ilə reytinqdə yeddinci yeri
tutub.
Mənbə: report.az