Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon
Mask bildirib ki, Texas ştatında yeni şəhər yaradır.
Sahibkar bu barədə özünün tvitterdəki səhifəsində yazıb.
"Starbeyz (“Starbase”) şəhərini yaradıram, Texas", -
Mask tvitterdə yazıb.
Sahibkar qeyd edib ki, onun şəhərinin ərazisi “SpaceX”
kosmodromunun yerləşdiyi Boka-Çika kəndinin sahəsindən böyük
olacaq. Bundan başqa, Maskın sözlərinə görə, yeni şəhərdə itlərə
çox yaxşı münasibət bəsləyəcəklər. Şəhərin rəhbəri "doq" titulunu
(italyanca "doge", ingilis "dog" - it) daşıyacaq.
Mask ötən ilin sonunda bildirib ki, Kaliforniyadan Texasa
köçüb.
Maraqlıdır ki, dünyanın ən zəngin insanlarından biri olan Mask daha
əvvəl Mars planetində məskunlaşmaq üçün bütün əmlakını satmağa
qərar verdiyini bildirib. Sahibkar qeyd edib ki, başqa planetdə
şəhərin tikintisi əhəmiyyətli yatırımlar tələb edəcək. Bu onu
əmlakını satmağa məcbur edən səbəblərdən biridir. Digər səbəb isə
söhbət Marsdan getdikdə onun nə qədər qətiyyətli olduğunu nümayiş
etdirmək istəyidir.
Mənbə: report.az