“Mutasiyalarının gözlənilməz olması səbəbindən
koronavirusa qarşı qorunma tədbirlərinin davamlı şəkildə həyata
keçirilməsi vacibdir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı
nümayəndəsi Melita Vuinoviç "Rusiya-24" telekanalına müsahibəsində
deyib.
UST rəsmisi bildirib ki, yeni koronavirus ineksiyaları müvafiq
laboratoriyaların ciddi nəzarəti altındadır: “Rusiyada da genetik
tədqiqatlar aparılır. Hansı şəkildə mutasiyalar olacaq və bunlar
nələrə səbəb ola bilər, heç kim bilmir. Buna görə də qoruyucu
tədbirlərin davam etdirilməsi çox vacibdir”.
Vujnoviç əlavə edib ki, pandemiyaya qarşı mübarizədə maska taxmaq,
şəxsi gigiyenaya riayət etmək, sosial məsafənin qorumaq lazımdır:
“Mümkün olan hər şeyi etmək çox vacibdir, çünki virusun
yayılmasını dayandırmalıyıq”.
Mənbə:
apa.az