2020-ci ildə Gürcüstanda 152 kibercinayətkar saxlanılıb.
Bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri
parlamentdə “nazir saatı” formatında çıxışı zamanı məlumat
verib.
O, ölkədə kibercinayətkarlığa qarşı mübarizədə effektiv tədbirlərin
həyata keçirildiyini bildirib.
Nazirin sözlərinə görə, tərəfdaşlar və əcnəbi həmkarların dəstəyi
ilə heyətin təlimi və təcrübə mübadiləsi davam etdirilir.
V.Qomelauri qeyd edib ki, ötən il Tbilisidə Kibercinayətkarlıqla
mübarizə bölməsi yaradılıb
: “Bu cür bölmələr mərhələli şəkildə
bütün iri şəhərlərdə təsis olunacaq”.
Mənbə: report.az