Rustaveli küçəsində Marneuli-Tserakvi xətti üzrə hərəkət edən
avtobusu avtomobil vurub.
Marneuli “Avtopark”-ın rəhbəri Qiqa Calağonianın məlumatına görə,
ictimai nəqliyyatda sərnişinlər olmayıb. Hadisə nəticəsində xəsarət
alan olmayıb. Onun bildirdiyinə görə, bələdiyyənin balansında olan
avtobusu günahkar tərəf təmir etdirəcək.
“Boş avtobus Rustaveli küçəsində gəlirmiş. Yalnız
avtobusa ziyan dəyib. Heç bir maşının sürücüsü xəsarət almayıb.
İnzibati qaydaya uyğun olaraq minik maşının sürücüsünü
cərimələyiblər. Hər şey normal başa çatıb və bir sözlə hər iki
maşının bərpaya ehtiyacı var. Avtobusu günahkar tərəf təmir
etdirəcək.”
Marneulidə yol nəqliyyat hadisəsi təxminən saat 14:30 radələrində
baş verib.