Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan
Respublikasının dövlət sərhədi haqqında” qanunda dəyişiklik
edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna dəyişikliyə əsasən, dənizə çıxarkən balıqçılıq təyinatlı
mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək,
digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək
uzaqlaşmağa yol veriləcək.
Əvvəllər sadəcə dənizə və sərhədboyu çayların, çöllərin başqa
sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və
mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək
uzaqlaşmağa yol verilirdi.
Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə
vasitələri, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi
Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən
Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və
sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa
qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə
alınır.
Mənbə: report.az