Hüseyn Yusubov koronavirusa qarşı peyvəndin ikinci dozasını vurdurub
GAK-ın sədri Hüseyn Yusubov bu gün, 24 iyun tarixində Marneulidə yerləşən “Geo Hospitals” klinikasında koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurub.

Yusubov bu barədə öz “Facebook” səhifəsində paylaşım edib. O, “Geo Hospitals” klinikasının həkimlərindən göstərdikləri xidmətə görə razı qaldığını yazıb.

O, həmçinin peyvənd olunduqdan sonra səhəttində hər hansı bir problemin yaranmadığını və özünü yaxşı hiss etdiyini qeyd edib.



Xatırladaq ki, Hüseyn Yusubov peyvəndin ilk dozasını 3 iyun tarixində vurdurmuşdu. O, həmin vaxt qanında şəkərin yüksək olmasına, təzyiqinin olmasına və ürəyində 4 stend olmasına baxmayaraq peyvənddən sonra hər hansı bir problemlə qarşılaşmadığını yazaraq, hər kəsin peyvənd olunmasının vacibliyini vurğulamışdı.

Marneuli bələdiyyəsində peyvənd prosesi 17 mart tarixində başlayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google