2021-ci il ərzində Marneuli Zorakılıq Qurbanları Böhran Mərkəzinin
xidmətinə əsasən həddi büluğa çatmış şəxslər müraciət ediblər.
Ancaq həddi-büluğa çatmamışlara zorakılıq əsası ilə də müarciət
edənlər olub. Burada erkən evlilik və 18 yaşa çatmamış uşaqların
nişanlanmasını nəzərdə tutulur.
Marneuli Zorakılıq Qurbanları Böhran Mərkəzinin rəhbəri/sosial
işçisi Eka Bedianaşvili “Marneuli” radiosunun məktubuna cavab
olaraq bildirdi ki, 2021-ci il ərzində Böhran Mərkəzinə 30-a yaxın
adam müraciət edib. Müraciətin əsası isə onların xidmətinə qoşulma
və eləcə də tövsiyə idi.
“Əsasən, istinad Dövlət Qayğısı və Trefikinq
Qurbanları, zərərçəkənlərə yardım agentliyinin Marneuli, Bolnisi və
Tetritskaro Rayon Şöbəsinin sosial işçiləri tərəfindən, eləcə də
Xalq Müdafiəçisi Aparatının Marneuli nümayəndəsi tərəfindən baş
verirdi”, – Marneuli Zorakılıq Qurbanları Böhran
Mərkəzinin verdiyi məlumatda qeyd olunub.
Marneuli Zorakılıq Qurbanları Böhran Mərkəzi benefisarların
ehtiyaclarını qiymətləndirdikdən sonra onlardan xidmətələrə
qoşulmağı tələb edir. Bunlar psixi-sosial bərpa/yardım; Hüquqi
yardım (hüquqi məsələhət və vəkillik); ehtiyac olan halda tərcüməçi
xidmətidir.
“Qeyd edək ki, ailədə zorakılıq halları zamanı ailə
üzvləri, keçmiş, yaxud indiki həyat yoldaşı ilə psixoloji və hüquqi
problemlər tez-tez baş verir. Bütün müraciətlərə adekvat reaksiya
göstərilib və müvafiq xidmətlərə
yönləndirilib”.
2021-ci il ərzində Böhran Mərkəzində fərdi müraciətlər də qeydə
alınıb. Bu zorakılıq qurbanının özünün bilavasitə müraciətini
nəzərdə tutur.