İndoneziyanın şərqində yerləşən Papua
əyalətində daşqın nəticəsində həlak olanların sayı 89-a
çıxıb.
Milli Fəlakət İdarəsi agentliyinin sözcüsü Sutopo Purvo Nuqroho
əyalətin paytaxtı Jayapurada şənbə günü təsirli olan güclü
yağışların səbəb olduğu daşqın nəticəsində həyatını itirənlərin
sayının 89-a çatdığını bildirib.
Yaralı sayının 159 olduğunu qeyd edən sözcü fəlakət bölgəsində 74
nəfərin isə hələ də itkin olduğunu deyib.
Jayapuradakı daşqın fəlakətinin ən çox təsir etdiyi Sentani
bölgəsində 82 nəfərin öldüyünü ifadə edən Nuqroho Ampera bölgəsində
də 7 nəfərin daşqına görə baş verən torpaq sürüşməsi səbəbindən
həyatını itirdiyini bildirib.
Nuqhoro həmçinin bölgədə min 613 nəfərdən ibarət personal ilə
fəlakətzədələrə yardım, təcili vəziyyətə müdaxilə və itkinlərin
xilas edilməsi fəaliyyətlərinin də davam etdiyini deyib.
Qeyd edək ki, musson yağışlarının təsirində olan, tropik iqlimin
hökm sürdüyü İndoneziyada il ərzində güclü yağışlara görə tez-tez
daşqınlar və torpaq sürüşmələri baş vərir.