DİN Gürcüstanda internetlə narkotik satışının cinayət sxemini aşkar edib
14:41 / 04.04.2019
Daxili İşlər Nazirinin Mərkəzi Kriminal Polis
Departamentinin direktor müavini – Mamuka Celidze.
DİN fəal şəkildə narkotik cinayətlərlə eləcə də internet vasitəsilə
narkotikin qanunsuz istifadəyə verilməsi ilə mübarizəni davam
etdirir.
DİN-nin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları bir neçə
ay ərzində həyata keçirilmiş geniş miqyaslı operativ istintaq
nəticəsində xüsusən böyük miqdarda narkotik maddənin qanunsuz əldə
edilməsi-saxlanılması, eləcə də internetdən istifadə edərək
narkotik vasitələrin qanunsuz istifadəyə verilməsi ittihamı ilə,
Tbilisidə Rusiya Federasiyasının 3 vətəndaşı saxlanılıb. Cinayət
8-dən 20 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.
Aparılan istintaq nəticəsində müəyyən edilib ki, saxlanılanlar
təşkil edilmiş narkotik istehsalşıları qrupunu təmsil edirlər və
onlar Gürcüstana narkotik istifadəyə vermək məqsədi ilə
gəliblər.
Müttəhimlər narkotiki kiçik bağlama şəklində satırlarmış, Tbilisidə
müxtəlif ünvanlarda, gizlin yerlərdə saxlayır, şəklini çəkir və
internetdə istifadəyə vermək məqsədi ilə yayımlayırmışlar.
Hüquq mühafizəçiləri onlardan ikisinin şəxsi və yaşayış evində
axtarış aparıblar, istifadəyə hazırlanmış müxtəlif növ narkotik və
yeni psixotrop maddələri sübut olaraq götürüblər.
Konkret olaraq: 2 kilo və 287 qram yeni psixotrop maddə
“Buprenorfin” tərkibli maye, 187 qram “Mdma” və narkotik maddə
“Norpendanil” aşkar ediblər.
Saxlanılanlar günahlarını etiraf ediblər.
Polis istintaq eksperimenti zamanı müttəhimlərin qeydi ilə müxtəlif
yerlərdən istifadəyə hazırlanmış narkotik maddələr çıxarıblar.
İstintaq xüsusən böyük miqdarda narkotik maddələrin qanunsuz əldə
edilməsi-saxlanılması və istifadəyə verilməsinə cəhd faktları ilə
bağlı Gürcüstan CM-nin 260-cı və 19-260-maddələri ilə gedir.
2019-cu ilin bir yanvarından bu günə qədər DİN əməkdaşları
tərəfindən aparılan operativ istintaq nəticəsində aşkarlanıb: 12
kq-a qədər “Heroin”, 980 həb “Subuteks” və “Suboksin”, 2200 həb
“Ekstaz”, 5 kq-a qədər yeni psixotrop maddələr, 1 kilo 350 qram
Kokain və 250 qram psixotrop preparatlar. Cari ildə hüquq
mühafizəçiləri narkotik vasitələrə görə 477 nəfəri cinayət işinə
cəlb ediblər.