Marneuli yerli özünüidarəsi bələdiyyədə yaşayan aztəminatlı
ailələrin əkin sahələrini şumlayacaq.
Bu barədə Bələdiyyə Məclisi bu gün, 27 mart tarixində keçirilən
iclasda qərar qəbul edib.
Marneuli meriyasının Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat
Xidmətinin rəhbəri Aqil Əmircanov Bələdiyyə Məclisinin iclasında
bildirib ki, bələdiyyə hər il aztəminatlı ailələrin torpaq
sahəsinin şumlanması layihəsini həyata keçirir.
“Xatırladaq ki, hər il aztəminatlı ailələr üçün layihə
həyata keçiririk. Kimin 100 000 bala qədər göstəricisi varsa,
onlara torpaq sahəsinin pulsuz şumlanmasında kömək edirik.
Kimin bir hektara qədər sahəsi varsa, sizin də dəstəyinizi
istəyirik ki, bu il də həmin layihəni həyata
keçirək”, - Aqil Əmircanov bildirdi.
Bələdiyyə Məclisi məsələ ilə bağlı müsbət qərar qəbul edib.
Bələdiyyə Məclisinin bu gün, 27 mart tarixində baş tutan iclasında
ümumilikdə 8 məsələ müzakirəyə çıxarılıb. Deputatlar bütün
məsələlərlə bağlı müsbət qərar qəbul ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415