Meriya artıq üçüncü ildir ki, dayanacaq sisteminin "qaydaya salınmasına" çalışır
Marneuli küçələrində dayanacaq sistemi mövcud deyil. Buna görə də, piyadalar üçün hərəkət demək olar ki, mümkün deyil. Yolun hər iki kənarında da maşınlar sıraya düzülüb. Heç səkilər də boş deyil. Piyadalar maşınların arasından keçməli, bəzən isə yolun hərəkət hissəsinə çıxmalı olurlar. Marneuli sakinlərinin fikrincə şəhərdə hərəkət günbəgün çətinləşir.

“Çox ağrılı mövzudur. Şosse ilə getməli oluruq, çünki maşınlar düzgün saxlanılmayıb. Doğru deyirəm, uşaqla gəlirəm, şosseyə çıxmalı oluram. Çünki maşınlar səkidə saxlanılıb, kimsə buna baxsahəll etsə, çox sevinərdim”
– dedi sakinlər.

“İlk növbədə uşaqlar üçün, məktəb şagirdləri üçün problemdir. Nə bilim, xüsusi yer olmalıdır ki, yolu keçsinlər” – dedi sakinlər.



Marneulidə xalqın sıx olduğu yerlərdən biri Rustaveli küçəsidir. Burada bir neçə bank yerəşir. Avtomobillərin saxlanılması üçün isə yer yoxdur. Buna görə də sürücülər avtomobilləri səkiyə çıxarırlar. Marneulidə nə Rustaveli küçəsində, nə də digər yerlərdə dayanacaq işarəsi olan bir yer yoxdur. Bu məsələ isə həm sürücüləri, həm də piyadaları narahat edir.



“Yol Hərəkəti Haqqında” Gürcüstan qanununa görə, yolun hərəkət hissəsində və səkidə avtomobillərin saxlanılması qadağandır. Tbilisi meriyası artıq piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yerlərin avtomobillərdən azad edilməsi üçün plan hazırlayıb. Marneuli bələdiyyəsi isə yaxın gələcəkdə hər hansı bir dəyişiklik etməyi nənzərdə tutmur.

“Bu mərhələdə gündəlikdə deyil. İlk növbədə vəsaitin ayrılması lazımdır. Xərclər müəyyən dərəcədə hesablanıb, lakin, bu il üçün bu məsələnin gündəliyə salınması planlaşdırılmır” – bildirdilər meriyadan.



Marneuli meriyası problemin həllinə güman ki, gələn ildən başlayacaq. İşə isə üç il bundan əvvəl gətirilməli olan ekspertlərin də qoşulacağı gözlənilir.

"Marneuli" Radiosu
Print