Qızılı oğurlanmış şəxs DİN-nə məsələnin araşdırılması üçün möhlət qoyur (VİDEO)


Daştəpə kəndində yaşayış evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. Hadisə həmin kənddə yaşayan və Daştəpə məscidinin axundu Seyid Eldəniz Sadıqovun yaşayış evində baş verib. Oğurluq hadisəsi nə zaman baş verdiyi haqda Sadıqovlar ailəsinin xəbəri yoxdur.

Onlar 25 oktyabr tarixində xəbər tutublar ki, evləri qarət olunub və 433 qram qızıl-zinət əşyaları oğurlanıb. Oğurluq hadisəsi ilə bağlı onlar Daxili İşlər Nazirliyinə müraciət ediblər.

Sadıqov deyir ki, o qohumlarından və qonşularından şübhələnir və bu haqda DİN-nin əməkdaşlarına da bildirib.

Onun sözlərinə görə, 25 oktyabrdan bu günə qədər Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı onlara rəsmi olaraq heç bir məlumat verməyiblər və sadəcə onu bildiriblər ki, istintaqın sonuna yaxınlaşıblar.

Sadıqov onu da əlavə etdi ki, əgər Daxili İşlər Nazirliyi 14 noyabra qədər qarət hadisəsinin üstünü açmasa, o, Gürcüstan Baş Prokurorluğuna, QHT-lərə və Hüquq müdafiəçilərinə müraciət edəcək.

Daxili İşlər Nazirliyindən "Marneuli" Radiosuna verilən məlumata görə, oğurluq faktı ilə bağlı CM-nin 177-ci maddəsi ilə istintaq başlayıb.

 

Print