21 yanvar üçün ulduz falı
21 Yanvar
2019-cu illə olan bürclər. Bu gün bürclər nələr vəd
edir.
Qoç - Çətin, mürəkkəb gündür. Ciddi problemlər
yarana bilər. Maliyyə durumunuzu zəiflətməmək üçün xərclərinizə
fikir verin. Puç arzular və illüziyalara qapılmayın.
Qohumlarınızla münaqişə etməyin. Sevdiyiniz insanla münasibətlərə
şübhə toxumu səpməyin.
Səfər və ya səyahət uğursuz sərgüzəşt, vaxt itkisinə çevriləcək.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Bütün çətinliklərə rəğmən
bədbinliyə qapılmayın, ruhdan düşməyin.
Buğa - Çətinliklər yaransa da, onları dəf etmək
mümkündür. Sadəcə, ruhdan düşməyin, qətiyyətli olun. Baş verənlərə
rəğmən mövqelərinizdən əsla geri çəkilməyin. Yaradıcılıq
layihələrinizdən birini gerçəkləşdirmək üçün imkanlar yaranır.
Çoxdan bəri həyata keçirmək istədiyiniz plan üçün əlverişli
zamandır. Müttəfiq və həmfikir, habelə yeni dostlar arayın.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli və həssas
olun.
Əkizlər - Sadə və asan gün deyil. Ciddi problemlər
və çətinliklər yarana bilər. Fəqət vaxtında yardım üçün müraciət
etsəniz, sədləri aşa biləcəksiniz. İndiyədək dost saymadığınız
insandan dəstək alacaqsınız. Yeniliyi öyrənmək, faydalı təcrübəni
əxz etmək zamanıdır.
Yeni tanışlarınız sizi çox yüksək dəyərləndirirlər. Belədə tələbat
və gözləntilərin səviyyəsi də yüksəkdir. Planlaşdırılmamış səfər və
ya səyahət ola bilər.
Gərəkli informasiyanı arayın, suallarınıza cavab axtarın.
Xərçəng - Mühüm işlər üçün əlverişli gündür. Belə
işlərin öhdəsindən tez gəlin, ciddi səhvlərə yol verməyin. Ən yaxşı
məziyyətlərinizi nümayiş etdirin. Əvvəllər nadir hallarda
yararlandığınız bacarıq və biliklərinizə ehtiyac duyulur.
Yaxınlarınız təəccüblənəcəklər. Bilik, məlumat və təcrübə əxz etmək
üçün münasib zamandır.
Ailə üzvləri ilə mühüm məsələni müzakirə etmək, gələcəklə bağlı
planları razılaşdırmaq olar. Axşam saatlarında aktiv istirahəti
seçin.
Maliyyə fonu uğurludur.
Şir - Mənfi təmayüllərin təsiri güclüdür. Mürəkkəb
və qarışıq gündür. Önəmli addımlar atmazdan əvvəl inandığınız, sizə
yaxın insanlarla məsləhətləşin. Onlar sizi yanlışlıqlardan
qoruyarlar. Zəifliklərinizi etiraf etməkdən çəkinməyin. Kimsə sizə
gülməyəcək, tənqid etməyəcək.
Sənədlərlə çalışmaq, hesablamalar aparmaq məsləhət deyil. Səhv
etmək riski böyükdür.
Alış-verişdə çox pul xərcləməyin. Qeyri-adi əşya alaraq əhvalınızı
yaxşılaşdıra bilərsiniz.
Qız - Söhbətlər, müzakirələr və mübahisələr çox
vaxt alır. Onların əksəriyyəti boş, mənasızdır. Vaxtınızı effektiv
işlərə sərf edin. Məsləhətiniz tələb olmayan yerdə danışmayın. Ailə
üzvlərinizdən biri ilə münasibətlərdə problem yaranacaq.
Əks cins mənsubu ilə təmaslar gərgindir. Bu günədək sizi
dəstəkləyən insan indi sizə qarşıdır. Başladığınız işləri
çətinliklə də olsa, bitirin. Ruhdan düşməyin, bədbinliyə
qapılmayın. Az sonra sürətli irəliləyiş imkanı yaranacaq.
Tərəzi - Enerji potensialının səviyyəsi yüksəkdir.
İstəsəniz, ən çətin problemi də həll edə bilərsiniz. Yardım üçün
dostlar və ya qohumlara müraciət edə bilərsiniz. Onlar sizi
cavabsız qoymayacaqlar. Yaxşı gəlir istisna deyil. Pulları
xərcləməyə tələsməyin: məbləğ az sonra karınıza gələcək.
İdman və fiziki iş üçün əlverişli gündür. İşlər çox olsa da,
yorğunluq hiss etməyəcəksiniz. Yaradıcılıq potensialı səviyyəsi
günün ikinci yarısında daha yüksəkdir. Yeni ideyanı reallaşdırmağa
tələsin.
Əqrəb - Birmənalı olmayan gündür. Bir tərəfdən
qarşınızda maraqlı imkanlar yaranır. Digər tərəfdən inandığınız və
etibar etdiyiniz insanlar problemlər yaradırlar. Bədxahların
intriqasının qarşısını alın, onların məkrli planını faş edin. Bütün
bunlar əhvalınızı korlaya bilər. Düşünməyin ki, əsl dostunuz
qalmayıb.
Maliyyə baxımından əlverişli olmayan, ciddi itkilər riskinin
yaşandığı gündür. Alış-verişdə bədxərclik etməyin.
Oxatan - Uğur və irəliləyişin çətin olduğu gündür.
Ehtiyatlı olun, xırdalıqlar və təfərrüatlara diqqət yetirin. Belə
olarsa, itkilərə yol verməyəcəksiniz. Kiçik ailə problemləri və
məişət qayğıları əhvalınızı korlamasın. Ən adi problem
yaxınlarınızla münaqişə üçün səbəbə çevrilməməlidir.
Tərif və xoş sözlər gözləyirsiniz. Amma eşitdiyiniz tənqiddir.
Sevdiyiniz insanla söhbətdə həssas olun. Münasibətlərə sərinlik
gətirə biləcək addım atmayın. Maliyyə baxımından əlverişli gün
deyil. Anlaşma, sövdələşmə, alış-verişi təxirə salın.
Oğlaq - Mühüm işlər üçün əlverişsiz gündür. Adi
vaxtlarla müqayisədə daha çox səhvə yol verirsiniz. Ciddi yanaşmalı
olduğunuz işlərə yetərincə diqqət yetirin. Verdiyiniz vədləri və
öhdəliklərinizi unutmayın. Yaxınlarınızı naqolay durumda qoymayın.
Qohumlar və dostlarla fikir ayrılıqları ola bilər.
Maliyyə fonu uğursuzdur. Planlaşdırılmış alış-verişdən imtina etmək
məcburiyyəti yaranır.
Günün ikinci yarısında uzaqda yaşayan qohum və ya tanışdan xoş
xəbər alacaqsınız.
Axşam saatlarında normal istirahət edin.
Dolça - Qarışıq, mürəkkəb gündür. Çətin seçim
qarşısında qalacaqsınız. İnformasiya minimum səviyyədə olduğundan
ciddi səhv etmək riski artır. Şəraitin əlverişsiz olduğuna görə
planlarda qəfil dəyişikliklər istisna deyil. Yaxşı tanımadığınız
insanlarla şəxsi işlərinizi müzakirə etməyin, planlarınızı
bölüşməyin.
Axşam saatlarını evdə, yaxınlarınızla keçirin. Əhvalınız
əhəmiyyətli dərəcədə rasiondan asılıdır. Düzgün qidalanın.
Balıqlar - Önəmli qələbələrin əldə edilə biləcəyi
münasib gündür. Yaranmış şəraitdən effektiv istifadə edin.
İntuisiyanıza güvənin. Məntiq və deduksiyanın zəif olduğu
məqamlarda o, dadınıza çata bilər.
Perspektivli tanışlıq, maraqlı insanlarla görüş ola bilər.
Bir zamanlar sizə dəstək olmuş insana işlə və ya məsləhətlə yardım
etmək imkanı var. Bu şansı əldən verməyin. Alış-verişdə bədxərclik
etməyin. Planlaşdırılmamış şəkildə pul xərcləməyin. Əks təqdirdə
maddi durumunuz kəskin şəkildə pisləşə bilər.