23 yanvar üçün ulduz falı
23 Yanvar
2019-cu illə olan bürclər. Bu gün bürclər nələr vəd
edir.
Qoç - böyük uğurlar əldə etmək istəyirsiniz. Amma əlverişli gün
deyil. Ətrafınızdakı insanlar arasında sizə mane olmaq istəyənlər
və ya sizdən öz maraqları üçün yararlanmaq fikrinə düşənlər az
deyil. İşdə həmkarlarla dil tapmaq asan deyil. Rəhbərlik qarşınızda
yüksək tələblər qoyur. O tələblərin hamısını yerinə yetirmək asan
deyil. Nikbin olun. Yanınızdakı şəxslərdən fərqli olaraq ruhdan
düşməyin. Sizi qeyri-ciddilikdə suçlaya bilərlər. Məsuliyyətli
olun. Mövqeyinizdən geri çəkilməyin, amma aqressivlik də etməyin.
Əks təqdirdə ünvanınıza yeni tənqidlər eşidəcəksiniz.
Buğa - bu gün yaranacaq çoxsaylı çətinliklər peşəkar fəaliyyət
sahənizdəki məsələləri vaxtında həll etməyə mane olur. İşdə
rəhbərliklə fikir ayrılıqları istisna deyil. İş yerini dəyişmək
barədə düşünə bilərsiniz. Yekun qərar verməyə tələsməyin. Bir qədər
sonra, vəziyyət stabilləşəndə hər şeyin o qədər də pis olmadığını
anlayacaqsınız. Ənənəvi rejimə riayət edin. Spontan qərarlar
əhvalınıza pis təsir edə bilər. Kulinar eksperimentlər üçün
əlverişsiz gündür.
Əkizlər - əla və ya yaxşı nəticələrə nail olmaq üçün ənənəvi
taktikadan imtina edərək riskə getmək lazımdır. Maraqlandığınız
sualların cavabları uzaqda deyil. Gərəkli informasiya əldə etmək
üçün çətinlik çəkmək gərəkdir. Emosional durumunuza nəzarət edin.
Ruhdan düşməyin, pərişanlığa qapılmayın. İşlərinizdə nizama riayət
edin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərə fikir verin.
Münasibətləri təhlil edin, bəzi əlaqələrdən boyun qaçırın. Əks
cinsin mənsubları ilə əlaqələri qaydaya salın. Özünüz istəmədən
belə, təmaslarda problemlər yarada bilərsiniz.
Xərçəng - işgüzar görüşlər və mühüm məsələlərin müzakirəsi üçün
əlverişli gün deyil. Əldə etdiyiniz bütün uğurlar hələlik ilkin
səciyyəlidir. Onlara sonradan yenidən baxmaq olar. Peşəkar
fəaliyyət müstəvisində isə durum dəyişə bilər. Bu gün alacağınız
təkliflər maraqlı təsir bağışlaya bilər. Amma saatlar keçdikcə
şərtlər pisləşəcək. Günün ikinci yarısında əhvalınızın pisləşməsi,
xroniki xəstəliklər və ağrıların yaranması istisna deyil. Pəhriz
saxlayırsınızsa, şərtləri əsla pozmayın. Axşam saatlarında
gəzintiyə çıxın.
Şir - çoxsaylı kiçik problemlər əhvalınızı poza bilər. Yolunuzda
qəflətən yaranan sədlər sizi ruhdan salmasın. Qüvvələrinizə inanın
və nikbin olun. Yaxın ətrafınızdakı insanlar sizə güvənirlər.
Onlara mənəvi dəstək olun. Yeni romantik münasibətlərin başlaması
mümkündür. Yeni taışlıqlardan biri az sonra ciddi təmasa çevriləcək
və yaşamınızda mühüm rol oynayacaq. Ailə münasibətləri üçün yaxşı
gündür. Yaxınlarla dil tapmaq asan deyil.
Qız - istənilən format və xassəli dəyişikliklər üçün əlverişli
gündür. Nə istədiyinizi, bunun üçün nə etmək gərəkdiyini
dəqiqləşdirin. Bədxahlardan biri sizi yoldan çıxarmaq istəyir. Onun
uğur əldə etməsinə imkan verməyin. Nüfuzlu şəxslə mübahisələrdə
mövqeyinizi qoruyun. Opponentlər haqlı olduğunuzu etiraf etmək
məcburiyyətində qalacaqlar. Yaxınlarınızla münasibətlərdə güzəştə
getməyi bacarın. Dartışmanı münaqişəyə çatdırmayın. Fəqət, bütün
təmaslarda harmoniyaya da bel bağlamayın. Axşam saatlarında
səhhətdə kiçik problemlər, yuxusuzluq ola bilər.
Tərəzi - çoxsaylı yeni ideyalar yaranır. Onları qulaqardına
vurmayın. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir.
Müşahidələrinizdə dəqiq olun. Paradoksal nəticələrə gəlməyin, səlis
davranın. Yaxın ətrafınızdakı insanlar sizdən nümunə götürməyə
çalışırlar. Müttəfiq və həmfikirlərlə yanaşı, sizinlə çalışmaq,
əməkdaşlıq yaratmaq istəyən insanlar peyda olur. Təmirə başlamaq,
yaşam arealında dəyişikliklər etmək olar. Ailə və məişət
qayğılarını çözün. İşlər lap çox olsa belə, yorğunluqdan
şikayətlənməyin.
Əqrəb - gün çətinliklər və problemlər vəd edir. Bütün bunlara
rəğmən məqsədə doğru qətiyyətlə irəliləyin. Uğur istədiyiniz kimi
asanlıqla əldə olunmur. Maliyyə çətinlikləri yarana bilər. Nəzərdə
tutulmamış alış-verişə yollanmayın. Səfəri təxirə salın. Bu gün
səfər və ya səyahət yorucu, faydasızdır. Fəaliyyət sahənizlə bağlı
xoş xəbər alacaqsınız. Karyera müstəvisində irəliləmək şansı var.
Əyləncəyə vaxt yoxdur.
Oxatan - ilk baxışdan faydasız görünsə də, əslində böyük əhəmiyyət
kəsb edən məlumat alacaqsınız. Bir qədər keçəcək və anlayacaqsınız
ki, bu informasiya yetərincə dəyərlidir. İşgüzar fəaliyyət və ya
şəxsi münasibətlər müstəvisində gözlənilməz təklifin alınması
mümkündür. Yaşamınızda ciddi dəyişikliklərə hazırsınızsa, həmin
təklifi qəbul edin. Travma riskinin az olmadığı gündür. Səfərdə,
səyahətdə, iti və kəsici alətlərlə iş zamanı ehtiyatlı olun. Sayıq
davranın. Enerji potensialı səviyyəsi yüksəkdir. Özünüzü yaxşı hiss
edirsiniz. Yaralar tez sağalır.
Oğlaq - maliyyə məsələlərində mümkün qədər ehtiyatlı olun. Pulları
itirmək çox asandır. Qazanc əldə etmək və ya itkiləri bərpa etmək
üçün çox çətindir. İşdə və ya evdə münaqişələr ola bilər. Yalnız
xoş sözlər eşitməyə adət etdiyiniz insanlar belə davranışınızdan
narazı qaldıqlarını gizlətmirlər. Günün ikinci yarısında əhvalınız
pisləşə bilər. Emosional baxımdan mürəkkəb zamandır. Dözümsüz,
qıxıqlı olmayın. Aqressiv davranmayın. Mənfi emosiyalarınızı
cilovlayın.
Dolça - gün ilk baxışdan göründüyü təki pis deyil. Bəzi problemlər
yaransa da, onları tez, əlahiddə səy göstərmədən həll edin. Yeni
tanışlıqlar şəxsi münasibətlər və işgüzar fəaliyyət baxımından
faydalı ola bilər. Aktual məsələ ilə bağlı mövqeyinizi açıq
bildirməkdən çəkinməyin. Fikirlərinizin yaxın ətrafınızdakı
insanların düşüncələri ilə üst-üstə düşməməsindən qorxmayın.
Hadisələrin inkişaf məcrası məhz sizin haqlı olduğunuzu göstərəcək.
Qəfil, nəzərdə tutulmamış səyahət və ya səfər pozitiv emosiyalar
bəxş edəcək, sizə yeni nə isə öyrədəcək. Yaxınlarınızla fikir
ayrılıqlarını aradan qaldırın, ailədəki xoş münasibətləri bərpa
edin.
Balıqlar - təfərrüatlara və xırdalıqlara diqqətli olun. Sənədlərlə,
hesablamalarla iş zamanı sayıq davranın. Sizdən dəqiqlik tələb
olunur. Gəlir istisna deyil. Pula ehtiyacınız var. Alış-veriş
sərfəli ola bilər. Bilik və bacarıqların artırılması, yeni
təcrübənin mənimsənilməsi üçün əlverişli zamandır. Dünyagörüşünüzü
artırın. Faydalı məlumatlarla informasiyaları tez yadda saxlayın.
Gərəksiz xəbərləri yadda saxlamaqla hafizənizi yükləməyin. Axşam
saatlarını istirahətə həsr edin.