Marneulidə "ağıllı kameralar"ın montaj edilməsinə başlanılıb
Marneulidə ağıllı kameraların montaj edilməsinə başlanılıb. Meriyadan izah edirlər ki, Marneulidə cəmi 201 kamera yerləşdiriləcək.

85 kamera texniki baxışdan keçməmiş avtomobilləri tanıyacaq.

Ağıllı kameraların montajı Marneulidə iyul ayına kimi davam edəcək.

Qeyd edək ki, 14 yanvardan 17 yanvara qədər dövri texniki baxışdan keçməmiş avtomobillərin cərimələnməsi prosesinə ağıllı kameralar da qoşulub və ümumilikdə 6654 cərimə yazılıb.

Kontaktsız patrullaşdırmanın elektron sistemi yol hərəkət qaydasını pozanları cərimələyəcək. Əsasən videokamera beş növ pozuntunu qeydə alacaq: qırmızı işıqda keçmək, ikiqat xətti kəsmək, bələdiyyə nəqliyyatının xəttində hərəkət etmək, hərəkətə qarşı istiqamətdə hərəkət etmək və yolverilən normanı aşmaq və orta sürəti pozmaq.

Yol hərəkət qaydasını pozanların telefonuna cərimə haqqında qısa mətnli mesaj göndəriləcək. Cərimə ödənilmədiyi halda cərimə qeydiyyat ünvanına 2 dəfə göndəriləcək. Bundan sonra isə artıq girov ödənəcək. Video cərimələr bal sisteminə təsir etmir.

"Marneuli" Radiosu
Print