Meriyadan fərqli olaraq İnfrastruktur Nazirliyi hesab edir ki, "Kənd yığıncaqları" məktəbdə dərs saatlarından kənar keçirilməlidir

“Kənd yığıncağı”na görə dərs prosesi ola bilsin 20 məktəbfə yenə pozulsun.

Toplantıların siyahısına baxsaq görərik ki, əksər hallarda görüş yerləri olaraq ictimai məktəblər seçilib. Dünən Norgüldə baş tutan görüşü xatırlasaq oradakı əhalinin toplanması əsasən Norgülün ictimai məktəb pedaqoqlarının və şagirdlərinin hesabına baş tutub.

Dərs prosesinin pozulması haqqında məktəb direktoru heç nə bilmirmiş. Norgül təhsil müəssisəsi Sereteli ictimai məktəbinin tərkibinə daxildir. Ancaq erməni dilli sektor üçün ayrı bina var.

Direktor Marina Macaraşvili görüş haqqında heç nə bilmirdi və təəccübünü gizlədə bilmədi. Görüş saat 13:00-da məktəbin həyətində baş tutub. Dərs prosesi isə Macaraşvilinin dediyinə görə qayda ilə saat 14:30-da bitməlidir.

“Məndən xəbərsiz kimin hüququ var ki, məktəb binasına daxil olsun. Mənimlə heç kim razılaşmayıb. Nə deməkdir direktordan xəbərsiz hansısa görüşün keçirilməsi nə deməkdir. Məktəb ərazisinə daxil olmağa heç kimin hüququ yoxdur, hələ ki, tədris prosesi gedən zaman” – deyir Sereteli ictimai məktəbinin direktoru Marina Macaraşvili.

Yaxın dövrdə tədris prosesinin pozulması 20 məktəbdə ola bilər. Bu məktəblərin sıyahısında Mollaoğlu ictimai məktəbi, Xuldərə, İkinci Kosalı, Algeti, Baydar, Bəylər, Lejbəddin, Araflı, Şulaver, Aşağı Saral, İmir, Alaver, Baytallı, Ulaşlı, Qırmızı kənd, Daştəpə, Yuxarı Qullar, Xocorni və Gülbağ ictimai məktəbləri var. Vaxt isə belə bölünüb ki, tədris müəssisələrində maksimum 2 və ya 4 dərs keçiriləcək.

Bu haqda məlumatı isə Marneuli resurs mərkəzin direktoru Kənan Omarov ilk dəfə bizdən eşidir.

"Yox, yox, əlbəttə oxşar fakt olmayıb, nə biz nə də müvafiq direktorlar məlumatlandırılmayıb" – deyir Kənan Omarov.

Meriya müvafiq müəssisələrə niyə xəbərdarlıq etməyib və məktəbdə dərs prosesinin pozulmamasına dair hansı zəmanətləri var – buna cavab olaraq meriyanın administrasiya xidmətinin rəhbəri Nino Dekanoidze təsdiq edir ki, məktəbdə dərs prosesi heç 22 yanvarda Norgül ictimai məktəbində də pozulmayıb. Onun məlumatına görə isə Marneulinin mer vəzifəsini yerinə yetirən şəxslər resurs-mərkəzin direktoru Kənan Omarov arasında ünsiyyət olub.

Biz Omarova yenə zəng vurdu və soruşduq ki, o, məktəbdə keçiriləcək görüşlə bağlı həqiqətən də kimləsə söhbət edib ya yox. Omarov isə bu faktı yalan adlandırdı və dedi ki, onunla məktəblərdə görüşlərin keçirilməsi ilə bağlı heç kim danışmayıb.
Biz təkrar olaraq Marina Macaraşvili ilə də əlaqə saxladıq. Dünənki ilə müqayisədə onun danışıq tonu və ritorikası dəyişmişdi və jurnalistin sualına cavab verməyi özünə öhdəlik hesab etmədi.

"Marneuli" radiosu mövcud vəziyyətlə bağlı Gürcüstanın Regional inkişaf və İnfrastruktur Nazirliyi ilə əlaqə saxladı. Nazirlikdən izah etdilər ki, meriya və tədris resurs mərkəzi ilə artıq təsdiqlənmiş görüşlərin qrafikini 24 yanvardan dəyişəcəklər və görüşün yalnız məktəbdə keçiriləcəyi kəndlərdə yığıncaqlar dərs prosesi başa çatdırqdan sonra baş tutacaq.


"Marneuli" Radiosu

 

Print