2020-ci ildən vahid milli imtahanlarda məntiq fənninin məcburi olmasının ləğvi ilə bağlı dəyişikliklər "1+4" proqramına şamil olunmayacaq
2020-ci ildən vahid milli imtahanlarda ümumi bacarıqlar imtahanının verilməsi öhdəliyinin lağv edilməsini nəzərdə tutan dəyişiklik 1+4 proqramına aid olmayacaq. Bu haqda Marneuli radiosuna Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən bildiriblər. İzah ediblər ki, 1+4 proqramının tələbləri üçün heç bir dəyişiklik olmayacaq və ümumi bacarıqlar imtahanını vermək yenə məcburi olacaq.

1+4 proqramı ümumi bacarıqlar imtahanı erməni, azərbaycan, abxaz, os dillərində imtahan verməyi və müvafiq bal toplanılan halda ali təhsil almaq imkanını nəzərdə tutur. Gənclər 1 il ərzində gürcü dili hazırlıq kursunu keçirlər və sonra 60 kredit topladıqları halda təhsillərini istədikləri fakültədə davam etdirirlər.

Qeyd etmək lazımdır ki, bu gün, 28 yanvarda məlum oldu ki, 2020-ci ildən vahid milli imtahanlarda ümumi bacarıqlar imtahanı məburi olmayacaq. Eləcə də 11-ci sinif şagirdləri üçün attestat imtahanları 2019-cu ildə ləğv olunur.

"Marneuli" Radiosu
Print