Gənclərin Kobuletiyə səfəri üçün meriya 7040 lari xərcləyib
Marneuli bələdiyyəsi Kobuletiyə gənclərin nəqliyyat ilə təmin edilməsi üçün 7040 lari xərcləyib. Bu haqda meriyadan tələb olunan məlumatda oxuyuruq. Orada yazılıb ki, bir il ərzində meriya (avqust-sentyabrda) Kobuletiyə, Kintrişidə yay düşərgəsi üçün Marneulili gəncləri 3 dəfə aparıb.

Üç halda da nəqliyyat üçün məbləğ fərqlidir:
  • 1. Kobuletiyə, Kintrişidə baş tutan gənclr düşərgəsində iştirak etmək üçün Marneuli bələdiyyəsinin aktiv gənclərinin nəqliyyatla təmin edilməsinə – 4 241.23 lari xərclənib.
  • 2. Kobuleti bələdiyyəsindi, Kivntrişidə “I see you” yay düşərgəsinə Marneuli bələdiyyəsinin gəncləri nəqliyyatla təmin etməsi üçün sərf olunan məbləğ – 1384.65
  • 3. Kobuleti bələdiyyəsində, Kvintrişidə "I see you" yay düşərgəsinə Marneuli bələdiyyəsinin gəncləri nəqliyyatla təmin etməsi üçün sərf olunan məbləğ – 1 414.32
Ümumilikdə xərclənən məbləğ 7 040.19 larini təşkil edir. Bizimlə söhbət zamanı “"I see you"-nun Marneuli rəhbəri İrakli Kveladze deyir ki, təhsil/əyləncə düşərgəsinə nəqliyyatı saya əsasən aparırlarmış. “Elə hallar var idi ki, 3 avtobus lazım olurdu”.

Marneuli meriyası 2018-ci ildə sərnişin daşımaq məqsədi ilə səyahət/nəqliyyat vasitələrinin kirayələnməsi (sürücü ilə birgə) xidməti üçün cəmi 3 0669,84 lari xərcləyib. Müqaviləni öz balanslarında olan nəqliyyat şirkəti “Ekstres Turists” MMC-lə bağlayıblar və alacaqları məbləğ 11702,16 lari dəyərində qalıb.

"Marneuli" Radiosu
Print