Batiaşvili: Gürcü olub Gürcüstan tarixini bilməmək ayıbdır

“Biz hesab edirik ki, universitetdə oxuyasan, gürcü olasan və Gürcüstan tarixini bilməyən bu ayıbdır” – bu bəyanatı təhsil naziri Mixeil Batiaşvili parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.


Nazirin sözlərinə görə, milli imtahanlarda humanitar istiqamətdə qəbul olma istəyən abituriyentlər üç vacib fənn arasında tarix, gürcü dili və xarici dil, texniki istiqamətdə isə riyaziyyat, gürcü dili və xarici dil imtahanı verməli olacaqlar.

Mixeil Batiaşvilinin bəyanatına görə milli imtahanlarda humanitar və texniki istiqamətlərdə veriləcək üç vacib fənnə dördüncü fənn də əlavə olunacaq. Həmin fənni universitet tələb edəcək. Batiaşvilinin sözlərinə görə, universitetin tələb etdyi fənn imtahanının keçirilməsini Təhsil Nazirliyi təmin edəcək.

Milli imtahanların yeni modelinə görə 2020-ci ildən milli imtahan veriləcək vacib fənlərin sayı dəyişir. Layihəyə əsasən milli imtahanlarda ümumi qabiliyyət imtahanı olmayacaq. Təhsil nazirliyinin rəsmi məlumatına görə vahid milli imtahanlar formatında dəyişikliklər planlaşdırılmır. Ancaq qeyd edilib ki, 2020-ci ildən ali təhsil müəssisələri qəbul üçün bal keçidini özləri təyin edəcəklər.


Mənbə: İnterPressNews

 

Print