“Bir neçə gün əvvəl məlumat yayıldı ki,
Nəriman Nərimanovun abidəsinin demontajı planlaşdırılır və bu
həqiqətə uyğun deyil”.
Bu
bəyanatı Marneuli bələdiyyə məclisinin sədri 8 fevral tarixində baş
tutan bələdiyyə məclisinin iclası başlayana qədər verib. Amiran
Qiorqadze qeyd edib ki, abidənin köçürülməsi haqqında nə bələdiyyə
məclisində nə də meriyada söhbət olmayıb.
“Hər birinizi, deputatları çağırıram ki, əgər sizin
icmalarınızda bu haqda söhbət olarsa əhaliyə düzgün məlumat verin
və çox xahiş edirəm bu məsələyə diqqət edin” - deyri
Amiran Qiorqadze.
Nəriman Nərimanovun abidəsi Mədəniyyət Evinin ətraf ərazisində
durur. Abidənin köçürülməsi haqqında bir neçə həftə əvvəl məlumat
yayılıb. Vətəndaşların bir qrupu Mədəniyyət Evinə Nərimanovun,
digər qrupu isə parka Kostavanın adının verilməsini istəyirdi.
Nəriman Nərimanov azərbaycanlı yazıçı, ictimaiyyətçi və siyasi
xadim, sovet Şurası zamanında xalq komissarları şurasının ilk sədri
olub.