Meriya iki kompüter almaq üçün 7 249 larilik tender elan edib
Marneuli meriyası iki fərdi kompüterin alınması üçün 7 249 larilik tender elan edib.
Meriyadan bildirirlər ki, bir kompüter ehtiyacdan dolayı ictimaiyyətlə əlaqələr şöbəsinə veriləcək. Həmin kompüterlə onlar video materiallar və qrafik işləri yerinə yetirəcəklər. İkinci kompüter maliyyə büdcə xidmətinə veriləcək. Vüqar Məmmədov deyir ki, yeni kompüterin alınması göstəricilərin gücləndirilməsinə görə lazım olub.

“Biz mühasibat proqramından dolayı böyük yaddaşı olan kompüterə ehtiyac duyuruq. Elektron proqram almışıq və köhnə kompüterdə yaxşı çalışmır, böyük vaxt itiririk” – Vüqar Məmmədov deyir.

Tenderdə təkliflərin qəbulu 24 fevralda olacaq və tenderdə 26 fevrala qədər iştirak etmək mümkündür.

"Marneuli" Radiosu
Print