İtaliyadan göndərilmiş velosipeddə 268 həb və 10 sındırılmış formada "Subuteks" aşkar etdik - DİN
DİN-in məlumatına görə İtaliyadan göndərilmiş xüsusi gizlin yeri olan velosipeddən polis Tbilisidə 268 həb və 10 sındırılmış narkotik maddə “Subuteks” çıxarıb. İşlə bağlı DİN iki nəfəri saxlayıb və müəssisənin məlumatına görə onlar cinayətkar qrupun üzvləri imiş.

Müəssisənin bəyanatına görə, istintaq müəyyən edib ki, ittiham olunan əvvəlcədən razılaşma ilə İtaliyadan velosiped alıblar. Velosipeddə xüsusən hazırlanmış qurğuya narkotik maddə “Subuteks” yerləşdiriblər və poçt vasitəsilə Gürcüstana göndəriblər. Hüquq mühafizəçiləri ittiham olunanlardan biri – D.K.-nın saxlanılması zamanı sübut olaraq poçtdan yeni çıxarılmış velosipedi götürüblər. Onun içinə narkotik maddə “Subuteks”in 268 həbi və 10 sındırılmış forması yerləşdirilibmiş.

İstintaq Gürcüstan Cinayyət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “q” və 6-cı hissəsinin “a” altbəndləri ilə, eləcə də 262-ci maddənin 2-ci hissəsinin “q” və 4-cü hissəsinin “a” altbəndi ilə gedir.

Maddələr əvvəlcədən razılaşma ilə qrup tərəfindən xüsusən böyük miqdarda narkotik vasitənin Gürcüstana qanunsuz gətirilməsi və ya beynəlxalq tranzit daşınmanı nəzərdə tutur. Cinayət 15 ildən 20 ilə qədər və ya daimi azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: Netgazeti
Print