Bu gün, 21 oktyabr tarixində Marneuli
bələdiyyəsinin Ulaşlı kəndinə içməli su verilib.
Kənd
sakinləri illərdir ki, içməli suyu kənddəki yeganə bulaqdan
gətirirdilər ki, burada da həmişə uzun növbələr olurdu.
“Bulaqdan su çox az gəlirdi. Bütün gün ərzində növbədə
dayanırdılar ki, evə su apara bilsinlər. Bu gün hamı şaddır. Su
həyatdır, hər kəs minnətdardır. Bütün kənd içmək üçün bulağın
suyundan istifadə edirdi, paltar yumaq üçün isə arx suyundan
istifadə edirdilər. Başqa çıxış yolları yox idi”, –
Qoça Otaraşvili deyir.
Marneuli meri Zaur Darğallı Məmmədovlar ailəsində sudan içdi və
yerli sakinləri suyun gəlməsi münasibətilə təbrik etdi.
“Ulaşlı kəndində evlərdə heç vaxt içməli su olmayıb. Bu
problem artıq aradan qaldırıldı. Biz təxminən 700 000 lari
dəyərində layihə həyata keçirdik və artıq kəndə keyfiyyətli su
verilir. Bu kənddə yolun açılışı da olacaq. Bunun üçün isə bir
milyon laridən artıq dəyəri olan layihə həyata keçirilib. Ulaşlı
sakinlərinin əsas iki problemi içməli su və yol problemi idi, artı
bu problemlər həll olunub”, – Zaur Darğallı dedi.
Marneuli merinin sözlərinə görə, bələdiyyədə içməli su problemi
mərhələli şəkildə həll olunur. O, bildirdi ki, təxminən 10-dək kənd
qalıb ki, meriya 2022-ci ildə həmin kəndlərdə də su sisteminin
yaradılmasını planlaşdırır.