Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf
Çin Xalq Respublikasının "Sinopec Engineering" şirkətinin
prezidenti Çjan Sinmin ilə görüşüb.
Bu barədə noyabrın 7-də SOCAR məlumat yayıb.
Məlumata görə, görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin
müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf
etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında
mövcud əməkdaşlıq məmnunluqla qeyd
olunub.
Habelə bildirildiyinə görə, söhbət zamanı neftin, qazın emalı
sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal
texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər
məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər arasında əməkdaşlığa dair çərçivə sazişi
imzalanıb. Amma sazişin detalları açıqlanmır.
Xatırlatma
Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi
baxımdan yaxınlaşma müşahidə edilir. 2024-cü il iyulun 3-də
"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında
strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul
edilib. Bu il isə "Azərbaycan ilə Çin arasında ümumvətəndaş
pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi
haqqında Saziş" qüvvəyə minib.
Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda,
Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla
əməkdaşlığı da gücləndirib. Amma Azərbaycan müxalifəti hesab edir
ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri inkişaf etdirməkdənsə,
Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.