Tbilisidə “Zəfər Günü”nə həsr olunmuş konsert proqramı keçirildi
6 noyabr tarixində Tbilisidə “Zəfər Günü”nün 5-ci ildönümünə həsr olunmuş konsert proqramı baş tutdu. Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şota Rustaveli adına Dövlət Teatrında keçirildi.

Konsert Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə açıldı. Ardınca 44 günlük Vətən müharibəsində həlak olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirin

rəsmi hissəsində çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Zəfər Gününün tarixi və siyasi əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu gün təkcə qələbə bayramı deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasının və milli birliyin simvoludur.

Konsertdə çıxış edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov vurğuladı ki, Gürcüstanda yaşayan azərbaycanlıların milli kimliyinin qorunması və Vətənlə bağlılığının güclənməsi istiqamətində bu cür tədbirlər xüsusi əhəmiyyət daşıyır. O bildirdi ki, gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasında belə mədəni layihələr mühüm rol oynayır.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Arzu Nağıyev də iştirak edərək çıxış etdi. Deputat öz nitqində Azərbaycan Ordusunun şücaətindən, Vətən müharibəsində qazanılan qələbənin region üçün yaratdığı yeni reallıqlardan və diasporun milli birliyə verdiyi töhfələrdən bəhs etdi.

Tədbirin bədii hissəsində tanınmış müğənni Zamiq Hüseynov “Mənim atam qəhrəmandır” mahnısı ilə səhnəyə çıxdı. İfa tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Daha sonra konsert Zamiq Hüseynovun vətənpərvərlik mövzusunda ifaları və Gürcüstan Dövlət Rəqs Akademiyasının “Erisioni” ansamblının rəqs nömrələri ilə davam etdi.

Tədbirin məqsədi Azərbaycanın qəhrəman oğullarını yad etmək və Zəfər Gününün qələbə ruhunu paylaşmaq olub. Qeyd edək ki, konsertə giriş biletlə olsa da, biletlər ödənişsiz təqdim olunub.

Xatırladaq ki, 8 noyabr — “Zəfər Günü” Azərbaycan xalqı üçün müqəddəs gündür. Bu tarix Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəni və ölkənin ərazi bütövlüyünün bərpasını simvolizə edir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google