Maliyyə Nazirliyinin İstintaq Xidməti Bakurianidə qanunsuz gəlirin leqallaşdırılması işi üzrə “Kristal Qrup”un rəhbərini saxlayıb
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirdikləri əməliyyat nəticəsində, Bakurianidə böyük məbləğdə qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə “Kristal Qrup” şirkətinin rəhbər şəxslərindən birini həbs ediblər.

İstintaq Xidmətinin məlumatına görə, qurum kurort zonalarında dövlət torpaqlarının qanunsuz ələ keçirilməsi və icazəsiz tikililər hallarına xüsusi diqqət yetirir və bu cür hərəkətlər dövlətin və cəmiyyətin maraqlarına ciddi

zərər vurur.

İstintaqla müəyyən edilib ki, “Kristal Qrup” kommersiya adı altında fəaliyyət göstərən “Bakuriani Biznes Qrup” MMC və “Hotels Management Group” MMC-nin təsisçisi Borjomi bələdiyyəsinə daxil olan Bakuriani qəsəbəsinin Didveli ərazisində beş hotel-apartament binası, eləcə də şəxsi kanat yolu, xizək trası və tobboqan (xizək sürmə yolu) inşa edib. Bütün bunlar aidiyyəti dövlət qurumlarından icazə alınmadan həyata keçirilib və yalnız “Kristal Qrup”un müştəriləri üçün nəzərdə tutulub.

Rəsmi məlumata əsasən, icazəsiz inşa edilən bu obyektlərin satışından əldə olunan qanunsuz gəlirin həcmi bir neçə on milyon larini təşkil edir. Hazırkı mərhələdə istintaq tərəfindən 1 milyon 894 min 925 lari məbləğində qanunsuz gəlirin leqallaşdırılması faktı təsdiqlənib.

İstintaq “Kristal Qrup”un cinayətkar fəaliyyətinin bütün halları və onlarla əlaqəsi ola biləcək şəxslərin – o cümlədən dövlət qulluqçularının – müəyyən edilməsi istiqamətində davam edir.

Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin birinci hissəsi, 218-ci maddənin ikinci hissəsi və 194-cü maddənin üçüncü hissəsi ilə araşdırılır. Bu maddələr 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google