Maliyyə Nazirliyinin İstintaq Xidməti rüşvət alma faktı üzrə bir nəfəri saxlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Xulo bələdiyyə meriyasının nümayəndəsini rüşvət alma ittihamı ilə saxlayıblar. Söhbət vəzifəli şəxsin xidməti səlahiyyətlərindən istifadə edərək rüşvət alması faktından gedir.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxsə xidməti vəzifəsinə görə Xulo bələdiyyəsi tərəfindən satın alınan malların qəbulunu və müvafiq sənədlərin rəsmiləşdirilməsini həyata keçirmək tapşırılmışdı. O, dövlət tenderində iştirak edən şirkətin nümayəndəsindən malları natamam

şəkildə qəbul edib, lakin qəbul-təhvil aktında malların tam həcmdə təhvil verildiyini göstərib və şirkətə tenderin tam dəyərinin köçürülməsini təmin edib.

Bu qanunsuz əməl müqabilində həmin şəxs şirkət nümayəndəsindən pul şəklində rüşvət tələb edib və alarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məhkəmənin qərarı əsasında aparılan gizli istintaq tədbirləri nəticəsində, cinayətin törədilməsini təsdiq edən audio və video sübutlar əldə olunub.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə aparılır. Bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Maliyyə Nazirliyinin İstintaq Xidməti dövlət qulluqçularına və onlarla qanunsuz razılıq əldə etmək istəyən şəxslərə xəbərdarlıq edir: bu cür qanunsuz hərəkətlərə yol verilməsin, çünki belə hallara qarşı reaksiya dərhal və sərt olacaq.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google