Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin
əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri əməliyyat-axtarış
və istintaq tədbirləri nəticəsində narkotik cinayətlərlə bağlı üç
nəfəri saxlayıblar.
Böyük miqdarda narkotik və psixotrop maddələrin qanunsuz əldə
edilməsi, saxlanması, satışına kömək göstərilməsi, eləcə də
tərkibində narkotik olan bitkilərin qanunsuz əkilib-becərilməsi
ittihamı ilə 1975-ci il təvəllüdlü Q.Ts., 1994-cü il təvəllüdlü
Q.R. və 1993-cü il təvəllüdlü,
xarici ölkə vətəndaşı İ.A. həbs
olunublar.
Cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur.
İstintaq tədbirləri zamanı saxlanılanların üzərində və yaşadıqları
evlərdə aparılan axtarışlar, eləcə də keçirilmiş istintaq
eksperimenti nəticəsində, polis əməkdaşları onların göstərdiyi
ünvanlardan satış üçün hazırlanmış müxtəlif növ narkotik vasitələri
maddi sübut kimi götürüblər. Onların arasında 250 qramdan çox
“kokain”, “metadon”, psixotrop maddələr, 15 kiloqram qurudulmuş
“marixuana” və 32 ədəd “kannabis bitkisi” olub.
Aparılmış istintaq tədbirləri nəticəsində, polis həmçinin narkotik
vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materialları,
yapışqan lentləri, elektron tərəziləri, polietilen bağlamaları və
ehtimal ki, narkotik satışından əldə olunmuş pulu da ələ
keçirib.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 260-cı, 260¹, 261-ci və
265¹-ci maddələri ilə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.