Tbilisi şəhər məhkəməsi “Krystal Group”un sahibi Vladimer
Stepanian barəsində “ilk həbs-qətimkan tədbiri” tətbiq edib.
O, Bakurianidə otelin icazəsiz tikintisi və “qanunsuz gəlirin
leqallaşdırılması” ilə ittiham olunur.
Tbilisi şəhər məhkəməsinin hakimi Irakli Xuskivadze prokurorluğun
vəsatətini təmin edərək, 10 noyabr tarixli qərarla Stepanian
barəsində həbs-qətimkan tədbiri seçib.
“Krystal Group”un sahibinə dünən ittiham irəli sürülüb.
"Prokurorluğun açıqlamasında bildirilir ki, “Vladimer
Stepanian, faktiki olaraq müəssisənin gündəlik fəaliyyətinə
rəhbərlik edərək, həm Bakurianinin şəhərsalma əsas planı ilə
müəyyən edilmiş, həm də müvafiq qurumlardan alınmış tikinti icazəsi
şərtlərini kobud şəkildə pozub. İcazəsiz tikilmiş yaşayış
sahələrini mərhələli şəkildə satıb,” – və qeyd olunur
ki, bu yolla o, 1 894 925 lari gəlir əldə edib. Bu iş üzrə
araşdırmanı Maliyyə Nazirliyinin İstintaq Xidməti aparır.
Xidmətdə 8 noyabrda keçirilən brifinqdə bildirilib ki,
təqsirləndirilən şəxs Bakurianidə, Didveli ərazisində, icazəsiz,
özbaşına beş otel-apartament tikib, özəl xizək lifti, özəl xizək
yolu və toboqan qurub.
İstintaq göstərir ki, bu cinayət “Krystal Group”un kommersiya adı
altında birləşdirilmiş “Bakuriani Biznes Group” MMC və “Hotels
Management Group” MMC-nin təsisçisi tərəfindən törədilib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.