“VivaMedi” klinikasından Rustavi həbsxanasına qaytarılan
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili ilk müraciətini
yayımlayıb.
Onun məktubunu vəkili Vaxo Baramaşvili ictimailəşdirib.
“İvanişvili hər səhər eyni fikirlə oyanır: "Görüm, bu
gün kimə nə pislik edə bilərəm?" – və bu dəfə məni dünən yenidən
zindana qaytardı. Əlbəttə, xəbərdarlıq etmədən Rustavi həbsxanasına
apardılar, orada isə məhz o adamlar qarşıladılar ki, onlar məni
2022-ci ilin martında zəhərləmişdilər. O vaxt möcüzə nəticəsində
ölümdən xilas oldum və həmin zəhərlənmənin simptomları bu günədək
qalıb. “VivaMedi”nin mənim həyatım uğrunda mübarizə aparan
həkimlərinə təşəkkür edirəm. Bu qədər məhbusun və bədbəxtliyin
fonunda özüm üçün heç bir xüsusi simpatiya istəmirəm.
Məni niyə məhz indi cəlladların yanına qaytardılar? Birincisi,
çoxsaylı tərəfdarlarımı qorxutmaq istəyirlər. İkincisi, bu, Qərbə
və Ukraynaya konkret bir siqnaldır, çünki mən hələ də Zelenskinin
islahatlar şurasının sədri kimi orada qeydiyyatdayam. Məsələ
ondadır ki, İvanişvili bir vaxtlar mənim həyatımı qorumaq
öhdəliyini götürmüşdü, indi isə bu addımı ilə avropalılara və
amerikalılara bildirir ki, bu vəd, digər bütün vədlər kimi, artıq
qüvvədə deyil.
Əminəm ki, bütün bunlar Moskva ilə razılaşdırılıb. Məsələ ondadır
ki, mən dünya üçün postsovet məkanında ən uğurlu islahatların,
eləcə də Gürcüstanın azadlığı və dövlətçiliyinin rəmziyəm.
Gürcüstanın azadlığını və müstəqilliyini məhv edirlər və eyni
zamanda məni də məhv edirlər. Bu gün insanlara bir daha demək
istəyirəm: heç bir halda təslim olmayın və mübarizə aparın, çünki
bizim qələbəmiz qaçılmazdır. Qoy azadlıq yaşasın”,
– Saakaşvili yazır.
Onun Rustavi həbsxanasına qaytarılması barədə məlumatı Penitensiar
Xidmət noyabrın 12-də yayıb.
“Gürcüstan qanunvericiliyinə əsasən, mülki sektora aid
xəstəxanadan məhkumun penitensiar müəssisəyə qaytarılması, onun
sağlamlıq vəziyyəti nəzərə alınmaqla, müalicə edən həkimin qərarı
əsasında həyata keçirilir. Məhkum Mixeil Saakaşvilinin sağlamlıq
vəziyyəti qənaətbəxş olduğuna və artıq stasionar müalicəyə ehtiyacı
qalmadığına görə, o, mülki klinikadan çıxarılaraq N12 penitensiar
müəssisəsinə qaytarılıb və orada ümumi qaydada cəzasını çəkməyə
davam edəcək,” – deyə Penitensiar Xidmətdən
bildirilib.
Mixeil Saakaşvili müalicə məqsədilə 2022-ci il mayın 12-də
“VivaMedi” klinikasına köçürülmüşdü.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.