2025-ci il yanvarın 1-dən oktyabrın 31-dək Ətraf Mühitin Mühafizəsi
və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit Nəzarəti
Departamentinin əməkdaşları tullantıların idarə olunması
qaydalarının 2233 pozuntusunu aşkarlayıb.
Aşkarlanmış pozuntular arasında 797 fakt məişət tullantıları ilə
ətrafın çirkləndirilməsi, 316 fakt isə tikinti və ya digər
inertsial materiallarla çirkləndirmədir. Həmçinin 264 hadisə məişət
təhlükəsiz olmayan tullantıların açıq sahədə və ya
yanacaq
qurğularında düzgün olmayan yolla yandırılması ilə bağlıdır, 212
fakt kanalizasiya və ya çirkab tullantılarla ərazinin
çirkləndirilməsini əhatə edir. 58 halda heyvan cəsədi tullantıları
ilə ətraf mühit çirklənib, 44 fakt şirkətlərin tullantı idarəetmə
planını təqdim etməməsi və plan üzrə tədbirlərin yerinə
yetirilməməsi ilə bağlıdır, 37 pozuntu isə təhlükəli tullantıların
idarə olunması ilə bağlı tələblərin pozulmasına aiddir. Digər
pozuntular isə 505 halldır.
Qeyd olunur ki, tullantıların idarə olunması qaydalarının ən çox
pozuntusu – 569 fakt – Kvemo Kartlidə qeydə alınıb.
Mtskheta-Mtianetidə 375, Kaxetidə 330, Acarıstanda 219, Şida
Kartlidə 165, Sameqrelo-Zemo Svaneti 91, Samtsxe-Cavaxeti 73,
İmeretidə 70, Quriyda 41, Raca-Leçxum-Zemo Svanetidə isə 11 fakt
aşkarlanıb.
Pozuntular paytaxtda da qeydə alınıb. 2025-ci ilin 10 ayında Ətraf
Mühit Nəzarəti Departamentinin əməkdaşları Tbilisidə tullantıların
idarə olunması qaydalarının 289 pozuntusunu aşkar ediblər.
Tullantıların idarə olunmasına effektiv dövlət nəzarətinin həyata
keçirilməsi Ətraf Mühit Nəzarəti Departamenti üçün prioritetdir.
Departamentin patrul briqadaları ölkə üzrə 24 saat fasiləsiz patrul
xidmətini həyata keçirir ki, ətraf mühitin qorunması ilə bağlı
pozuntular vaxtında qarşısı alınsın, aşkarlansın və aradan
qaldırılsın. Həmçinin, Nazirliyin “153” qaynar xəttinə daxil olan
hər bir müraciətə dərhal reaksiya verilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.