“Gürcü Arzusu”nun korrupsiya sxemləri – xalqın pulları necə mənimsənilir — araşdırma

Beynəlxalq Şəffaflıq – Gürcüstan bildirib ki, son 5 ildə təşkilat elit korrupsiyanın 250 halını qeydə alıb.


Bu hallarda 221 yüksək vəzifəli şəxs iştirak edib — o cümlədən 38 nazir və nazir müavini, 40 deputat, 17 hakim və 67 bələdiyyə rəsmisi.

Təşkilat qeyd edir ki, korrupsiyanın ört-basdır edilməsində illərdir istintaq orqanları, prokurorlar, hakimlər, Dövlət Təhlükəsizlik Xidməti

və Antikorrupsiya Bürosunun əməkdaşları iştirak edirlər. İndi isə “Gürcü Arzusu” partiyası öz daxilindəki siyasi rəqibin zərərsizləşdirilməsini korrupsiya ilə mübarizə kimi təqdim edir.
“Əslində, elit korrupsiya daha genişmiqyaslı olub və elə olaraq da qalır”, – bəyanatda deyilir.

TI Gürcüstanın göstərdiyi əsas korrupsiya sxemləri:

1. Büdcə vəsaitlərinin dövlət satınalmaları yolu ilə mənimsənilməsi
Təkcə TI Gürcüstanın araşdırmalarına görə, son 10 ildə “Gürcü Arzusu” rəsmiləri 5 milyard lari dəyərində korrupsion satınalmalar həyata keçiriblər.
– Bunun 3,3 milyardı regionlara düşür,
– Yalnız 2024-cü ildə 1,13 milyard lari xərclənib – İrakli Kobaxidze baş nazir olandan sonra.

Nümunələr:
• 650 mln lari – Bidzina İvanişviliyə yaxın biznesmen Otar Tatieşvilinin şirkətinə;
• 390 mln lari – İrakli Qaribaşvilinin qohumunun “Serpantin” şirkətinə;
• 392 mln lari – deputat Qiorqi Çxonia ilə bağlı şirkətlərə;
• 30 mln lari – deputat Anzor Bolkvadzeyə yaxın şirkətlərə;
• 25 mln lari – deputat Viktor Caparidze ilə əlaqəli şirkətlərə;
• 32 mln lari – Senaki meri Vax¬tang Qadelianinin əmisinin şirkətlərinə;
• 25 mln lari – Axaltsixedə deputatların və onların qohumlarının şirkətlərinə;
• 2,2 mln lari – Adigeni bələdiyyə işçilərinin qohumlarına.
2. Subsidiya və aqroproqramlar vasitəsilə varlanma
• 71 mln lari – “Gürcü Arzusu”nun donor şirkətlərinə, əvəzində 7,7 mln lari partiyaya ianə kimi qaytarılıb.
• 56 mln lari – İvanişvilinin qohumu Uça Mamatsaşvilinin biznes ortağı Vax¬tanq Karişviliyə.
• 30 mln lari – 2022-ci ilin üzüm subsidiyasından partiya ilə əlaqəli şirkətlərə.
• „ Gürcüstanda istehsal et “ proqramından 7,4 milyon lari məbləğində vəsait “Gürcü Arzusu” partiyası ilə əlaqəli şirkətlərə verilib. Bu şirkətlər isə 2024-cü ildə həmin partiyaya 1,6 milyon lari ianə (maddi yardım) şəklində geri qaytarıblar.

3. “Atkat” sxemi — seçkilər zamanı partiya maliyyələşməsi
2020–2024-cü illərdə “Gürcü Arzusu” donorlarına bağlı şirkətlər 1,028 milyard lari məbləğində dövlət sifarişləri alıblar və əvəzində partiyaya 7,7 mln lari bağışlayıblar.

4. Lisenziyalar və icazələrin paylanması
Kiçik və orta HES-lərin çoxu korrupsion qaydada verilib:
– 29 lisenziya Bidzina İvanişvilinin qohumu Koka Kokolaşvilidədir.
– Digərləri isə kənd təsərrüfatı naziri David Sonqulaşvilinin ailəsinə və digər “Gürcü Arzusu” üzvlərinə məxsusdur.

5. Dövlət əmlakının ələ keçirilməsi
• Qərarlar göstərir ki, bəzi məmurlar meşələri uzunmüddətli icarə ilə şəxsi istifadəyə alıblar.
• 2013–2020-də dövlət əmlakı 13 mln lariyə satılıb, alanlar isə dərhal partiyaya 2 mln lari ianə ediblər.
• Yalnız Acarıstanda donorlar 15 mln lari dəyərində əmlak əldə ediblər.
• 2021–2023 arasında qəbul edilən 300-dən çox hökumət qərarı gizli saxlanılır, bunlar əmlakın 1 larilik simvolik qiymətə ötürülməsi ilə bağlıdır.

6. “Uyğunlaşdırılmış qanunlar” vasitəsilə vergi yayınması
Bidzina İvanişvili üçün qəbul edilmiş “offşorlar haqqında qanun” nəticəsində Gürcüstan büdcəsi təxminən 100 milyon dollar itirib. Bu qanun sayəsində o, ölkəyə vergi ödəmədən bahalı sənət əsərləri və aktivlər gətirib.

7. “Hədiyyə” adı ilə gəlirin gizlədilməsi
2024–2025-ci illərdə məmurlar 34 mln lari dəyərində hədiyyə bəyan ediblər.
– Yaxınları onlara 23 mln lari nağd pul və 123 ədəd daşınmaz əmlak bağışlayıb.
Prokurorluq bəzi hallarda bunun qeyri-qanuni gəlirləri gizlətmək üsulu olduğunu təsdiqləyib.

TI Gürcüstan bildirir ki, son 10 ildə bu korrupsiya halları ilə bağlı onlarla müraciət Dövlət Təhlükəsizlik Xidmətinə, Antikorrupsiya Agentliyinə və Prokurorluğa göndərilib, lakin heç bir reaksiya verilməyib.

Bundan bir neçə ay öncə, təşkilat 65 konkret iş üzrə materialları Antikorrupsiya Bürosuna da təqdim edib — nəticə eynidir: reaksiya yoxdur.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google