ABŞ Macarıstanda tikilən yeni atom elektrik stansiyası (AES)
bloklarını sanksiyalardan azad edib.
Tikinti ilə Rusiyanın "Rosatom" korporasiyası məşğuldur.
Dövlət katibi Marko Rubionun sözlərinə görə, bu qərar Macarıstanın
enerji təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub:
"Onlar stansiyanı tamamlamalıdır. Layihəni Rusiya
şirkəti hazırlayıb və həyata keçirir, biz isə onun başa
çatdırılmasını istəyirik".
Rubio Vaşinqtonun Rusiyadan Macarıstana enerjidaşıyıcıların
tədarükünü sanksiyalardan
azad etmək qərarına da toxunub. Deyib ki,
bu tədarüklər Rusiyanın ixracatının əhəmiyyətsiz hissəsidir.
"Macarıstanın isə bütün idxalı, demək olar, bundan
ibarətdir. Bu tədarüklər dayansa, onlar üçün ciddi destabilizasiya
amilinə çevrilər", – Rubio əlavə edib.
Macarıstanın baş naziri Viktor Orban noyabrın əvvəlində Vaşinqtona
səfər edib. Onun əsas məqsədlərindən biri Rusiyadan Macarıstana
enerji ixracına və AES-in tikintisinə ABŞ sanksiyalarının ləğvinə
nail olmaq idi.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2024-cü ildə
Macarıstana idxal olunan neftin 86 faizi Rusiyanın payına düşür. Bu
enerji mənbəyinin itirilməsi ölkə ÜDM-sinin 4 faiz azalmasına səbəb
ola bilər.
7 noyabr
Orban deyir ki, Tramp Macarıstana Rusiya neftini almağa icazə
verib
ABŞ Macarıstanı Rusiyaya qarşı sanksiyalar siyahısından çıxaracaq,
- bunu Macarıstan baş naziri Viktor Orban ABŞ prezidenti Donald
Tramp ilə görüşdən sonra bildirib.
""Türk Axını" və "Drujba" boru kəmərləri məsələsində onlara
sanksiyalardan immunitet verildi. Bu, ümumi və daimi
istisnadır", - o, jurnalistlərə deyib.
Liderlər həmçinin "Pakş" Atom Elektrik Stansiyasına (AES)
sanksiyaların ləğvi barədə razılığa gəliblər. Onun üçün möhlət
dekabrda bitməli idi.
Macarıstan baş nazirinin sözlərinə görə, tərəflər nüvə enerjisi
sahəsində də razılaşma imzalayıblar. Budapeşt Amerikanın "Westing
House" şirkətindən nüvə yanacağı alacaq, Macarıstanda kiçik modul
AES-lər tikiləcək.
+++
ABŞ Macarıstanı Rusiyadan neft aldığına görə mümkün sanksiyalardan
azad etmək imkanını araşdırır. Bunu ABŞ prezidenti Donald Tramp Ağ
evdə Macarıstan baş naziri Viktor Orban ilə danışıqlardan əvvəl
deyib.
Trampın sözlərinə görə, Macarıstanın dənizə çıxışı olmadığı üçün
"Rusiyadan başqa bir yerdən neft və qaz alması çox çətindir".
"Lakin bir çox Avropa ölkəsinin bu problemi yoxdur və
onlar Rusiyadan neft və qaz alırlar", - o
vurğulayıb.
Orban isə Rusiyadan neft tədarükünün həyati məsələ olduğunu
söyləyib:
"Boru kəmərləri ideoloji və ya siyasi məsələ deyil.
Bu, fiziki reallıqdır, çünki, prezidentin izah etdiyi kimi, bizim
limanımız yoxdur".
Oktyabrın sonlarında ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki ən böyük
neft şirkəti - "Rosneft" və "Lukoil"a sanksiyalar tətbiq edib və
bunu Moskvanın "sülh prosesinə ciddi maraq göstərməməsi" ilə
əlaqələndirib. Rusiya hakimiyyəti Qərbin sanksiyalarını qanunsuz
sayır.
Orban Trampın Avropadakı əsas müttəfiqlərindən biri hesab
olunur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.