Dövlət Departamentinin baş məsləhətçisi Conatan Askonası
rəhbərlik etdiyi, ABŞ Dövlət Departamentinin nümayəndə heyəti
“Gürcü Arzusu” hökumətinin Administrasiyasının rəhbəri Levan
Jorjoliani ilə görüşüb.
Hökumətin yaydığı məlumata görə, Levan Jorjolianinin sözlərinə
görə, “Gürcüstan hökuməti ABŞ-la münasibətlərin bu gün mövcud olan
səviyyəsindən razı deyil və bir daha təsdiqləyir ki, strateji
tərəfdaşlığın təzə səhifədən, konkret yol xəritəsi əsasında
yenilənməsinə hazırdır”.
“Görüş zamanı diqqət Gürcüstan hökumətinin ölkənin tranzit
və əlaqəlilik funksiyasının gücləndirilməsi istiqamətində atdığı
addımlara yönəldi. Levan Jorjolianı ABŞ tərəfinə bu funksiyanın
inkişafı məqsədilə hökumətin dəmir yolu, avtomobil yolu və liman
infrastrukturuna yatırdığı mühüm investisiyalar barədə məlumat
verdi”.
ABŞ Dövlət Departamentinin nümayəndəsi (baş məsləhətçi) Conatan
Askonası Gürcüstanın “beynəlxalq sülh və rifah üçün Trampın
Marşrutu”na (TRIPP) necə dəstək verə biləcəyini müəyyənləşdirmək
üçün Gürcüstanda olub.
Levan Jorjolianı ilə görüşdə də Gürcüstanın bu məsələyə münasibəti
müzakirə edildi.
“Qeyd olundu ki, “beynəlxalq sülh və rifah üçün Trampın
Marşrutu”nun (TRIPP) region üçün mümkün müsbət təsiri ABŞ
tərəfindən yük daşımalarının təhlükəsizliyi üzrə təminatların
yaradılması baxımından önəmli ola bilər. Görüşdə həmçinin Tramp
administrasiyasının regionda sülhün bərqərar olunması istiqamətində
səylərinin əhəmiyyəti vurğulandı. Bundan əlavə, Ermənistan və
Azərbaycan arasında münasibətlərin normallaşması baxımından
Gürcüstanın rolu da müsbət qiymətləndirildi”, – deyə
hökumət administrasiyasının yaydığı məlumatda bildirilir.
Görüşdə Xarici İşlər nazirinin müavini Aleksandre Xvitsiaşvili və
ABŞ-ın Gürcüstandakı səfirinin səlahiyyətlərini icra edən Alan
Perksel də iştirak ediblər.
Conatan Askonası Sadaxlı gömrük-keçid məntəqəsində olub.
Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsi
və “beynəlxalq sülh və rifah üçün Trampın Marşrutu” (TRIPP) barədə
müzakirə üçün 17 noyabrda, İrəvanda ABŞ dövlət katibinin siyasi
məsələlər üzrə müavini Elison Huker olub və Ermənistanın Baş naziri
Nikol Paşinyanla görüşüb.
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ nümayəndə heyətini –
dövlət katibinin müavini Elison Hukerin rəhbərlik etdiyi heyəti
qəbul edib.
2025-ci il avqustun 8-də ABŞ prezidenti Donald Trampın təşəbbüsü
ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə
sülh sammiti keçirilib və burada üçtərəfli və ikitərəfli sazişlər
imzalanıb. Həmin sammitdə “beynəlxalq sülh və rifah üçün Trampın
Marşrutu” (TRIPP) adlı nəqliyyat dəhlizi layihəsi elan edilib.
Gürcüstan–ABŞ münasibətləri qısa şəkildə
• ABŞ Gürcüstanla çoxillik strateji tərəfdaşlığı 2024-cü ilin
noyabrında dayandırdı;
• Bundan əvvəl “agentlər haqqında qanun” və “Gürcü Arzusu”
rəsmilərinin Qərb əleyhinə, saxta ittihamlarla dolu ritorikası
səbəbindən ABŞ Gürcüstan hökumətini dəfələrlə Avropa və
Avroatlantik inteqrasiya yoluna qayıtmağa çağırmışdı;
• Strateji tərəfdaşlığın dayandırılması barədə qərarı Dövlət
Departamenti 2024-cü il 30 noyabrda açıqlayıb; iki gün öncə isə
“Gürcü Arzusu” hökuməti 2028-ci ilin sonunadək Avropa İttifaqına
üzvlük danışıqlarının açılması məsələsini gündəmə çıxarmayacağını
bildirmiş və bununla bağlı keçirilən etiraz aksiyalarının
iştirakçılarına qarşı güc tətbiq etməyə başlamışdı;
• Vaşinqton “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişviliyə və
hakimiyyətin müxtəlif qollarından bir çox rəsmiyə sanksiya tətbiq
edib;
• “Gürcü Arzusu” hökumətinin ümidi var idi ki, prezident Bayden
administrasiyasının siyasətini prezident Tramp dəyişəcək;
• 13 may 2025-ci ildə “Gürcü Arzusu”nun hökumət başçısı İrakli
Kobaxidze ABŞ prezidenti Donald Trampa və vitse-prezident Cey Di
Vensə açıq məktubla müraciət edib;
• 28 mayda ABŞ səfirliyi bildirib ki, “Gürcü Arzusu”nun fəxri sədri
Bidzina İvanişvili səfir Robin Daniganla görüşdən imtina edib;
həmin görüşdə ona Tramp administrasiyasının mesajı çatdırılmalı
idi. İvanişvili cavab məktubunda səfirliyin bəyanatını
“anlaşılmayan” adlandırıb;
• 1 sentyabrda “Gürcü Arzusu” tərəfindən nəzarət olunan mübahisəli
parlamentdə kollegiya tərəfindən prezident seçilmiş Mixeil
Kavelaşvili də Donald Trampa məktub yazıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415