Apellyasiya məhkəməsi Mzia Amağlobelini həbsdə saxlayıb

Kutaisi Apellyasiya Məhkəməsinin kollegiyası (sədr Nikoloz Marqvelaşvili) Batumi Şəhər Məhkəməsinin hökmünü dəyişmədən qüvvədə saxlayıbı.

“Batumelebi” və “Netgazeti” nəşrlərinin həmtəsisçisi və direktoru Mzia Amağlobeli həbsdə qalır. Mzia Amağlobeliyə 6 avqustda çıxarılan hökmə görə polisə müqavimət göstərdiyinə görə (GCM 353-cü maddə, 1-ci hissə) 2 il həbs cəzası verilib.

Müdafiə tərəfinin arqumentləri (vəkil Maia Mtsariaşvili): Vəkil Maia Mtsariaşvili bəraət hökmünün

çıxarılmasını tələb edib və aşağıdakılara diqqət çəkib: Mzia Amağlobeli korrupsiyaya bulaşmış şəxs deyil, milyonlarla dəyərində əmlakı yoxdur. O, Avropa İttifaqının ən yüksək mükafatı – Saxarov mükafatı almış təşkilatın təsisçisidir. Müdafiə tərəfi həmçinin o qərarı şikayət edib ki, guya Mzianın həbsi “cəmiyyətdə qaydanın təmin edilməsi üçün lazımdır”.

Vəkilin sözlərinə görə, bu iş cinayət işi deyil, polis əməkdaşlarının və İrakli Dqebuadzenin zədələnmiş nüfuzunun “bərpası” üçün, polisin öz hərəkətlərini gizlətmək məqsədilə qurulmuş bir işdir. Həbs Mzia Amağlobelinin sağlamlığına ağır zərər vurub: keratokonus diaqnozu səbəbilə bir gözündə görmə tamamilə itirilib, digər gözündə isə cəmi 10% qalıb. Vəkilin sözlərinə görə, iş materiallarından Mzia Amağlobelinin şöbəyə gətirilməsi ilə bağlı görüntülər, patrulun bədən kamerasının yazıları yoxa çıxıb ki, bu da bütün prosesin etibarlılığını şübhə altına alır.

Mzia Amağlobeli tribunal çıxışında bildirib ki, həbsdən qorxmur, onu “tanklarsız işğal olunmuş ölkə” qorxudur. O, ölkədə mövcud olan repressiv qanunlara diqqət çəkərək deyib ki, “istəsələr, məni yoldan belə geri döndərə bilərlər”. O, həmçinin cəmiyyəti belə çağırıb: “Gec olmadan mübarizə aparaq. Sona qədər mübarizə!”
Məhkəmə iclasında Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili də iştirak edib. Zaldan kənarda toplaşan tərəfdarları “Mzianı azad edin!” və “Məhv olsun rejim!” şüarları səsləndiriblər.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google